Övladlığa götürənlərin xahişi ilə övladlığa götürülənin doğulduğu yerin və tarixin dəyişdirilməsi hansı qaydada həyata keçirilir?

ÇapE-poçt

Övladlığa götürmənin gizli saxlanması üçün övladlığa götürənin xahişi ilə övladlığa götürülənin doğulduğu yer, eləcə də onun doğum tarixi 3 aydan çox olmayaraq dəyişdirilə bilər. Nuhçıxan İnformasiya Agentliyinə istinadən bildirilir ki, övladlığa götürülmüş uşağın doğum tarixinin uşaq 1 yaşına çatana qədər dəyişdirilməsi qanunla nəzərdə tutulmuşdur.

Həmçinin övladlığa götürülmüş uşağın doğulduğu yerin və ya tarixin dəyişdirilməsi məhkəmə qətnaməsində göstərilir.

Bundan başqa  10 yaşından yuxarı övladlığa götürülmüş uşağın doğulduğu yerin dəyişdirilməsinə yalnız onun razılığı ilə yol verilir.

Joomla 1.5