Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən monitorinqlər davam etdirilir.

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının qorunması istiqamətində ardıcıl və kompleks tədbirlər həyata keçirilir.

Görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən 2021-ci il 20 dekabr tarixdə baba – Hüseynov Vaqif Qurban oğlunun qəyyumluğunda olan, Şərur rayon Kərimbəyli kəndində yaşayan, Valideyn himayəsindən məhrum Yusifova Sevgi Məhərrəm qızı və Yusifov Vaqif Məhərrəm oğlunun yaşadığı ünvanda monitorinq keçirilmişdir.

Monitorinq zamanı uşaqların yaşayış şəraiti, təhsili, sağlamlığı, sosial müdafiəsi, bu və ya digər hüquqlarının qorunması və təmin edilməsi yoxlanılmış, heç bir mənfi hal aşkar olunmamışdır. Həmçinin qəyyum və uşaqlarla aparılan söhbət zamanı uşaq hüquq və mənafelərinin pozulması hallarının olmadığı müəyyən edilmişdir.

Joomla 1.5