29.05.21 11:53
Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi uşaq hüquqlarının qorunması istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Görülən işlərin davamı olaraq ilin əvvəlində təsdiq edilmiş Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2021-ci il üçün “İş Planı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən 2021-ci il 21 may tarixdə Culfa şəhər H.Əliyev prospekti 27 ev 4 ünvanında yaşayan, nənə - Fərəcova Xədicə Lətif qızının himayəsində olan, valideyn himayəsindən məhrum Ağayeva İntizar Vəfadar qızının yaşadığı mənzildə monitorinq keçirilmişdir.
Monitorinq zamanı həmçinin, valideyn himayəsindən məhrum İ. Ağayevanı yaşayış şəraiti, təhsili, sağlamlığı, sosial müdafiəsi, umumiyyətlə hüquqlarının qorunması yoxlanılmış, heç bir qanun pozuntusu aşkar olunmamışdır. Həmçinin valideyn himayəsindən məhrum İ. Ağayevanının himayədarı – X. Fərəcova ilə aparılan söhbət zamanı uşaq hüquqları ilə bağlı qanunazidd hallarının olmadığı müəyyən edilmişdir.