ELAN

ÇapE-poçt

Bildirilir ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində muxtar respublikada informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurası yaradılacaqdır.

Ekspert Şurası informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspert rəyindən razı olmayan hüquqi və ya fiziki şəxslərin (ekspertizanı sifariş edən şəxslərin) şikayətlərinə baxacaqdır. Ekspert Şurası ictimai əsaslarla fəaliyyət göstərəcəkdir. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi muxtar respublikada informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının tərkibinə daxil ediləcək müstəqil ekspertlərin seçilməsi və onlara ixtisas attestatının verilməsi məqsədilə müsabiqə elan edir.

Müsabiqənin şərtləri aşağıdakılardan ibarətdir

Ekspert Şurasının tərkibinə daxil ediləcək müstəqil ekspertin müsabiqədə iştirak etməsi üçün ekspertin fəaliyyət göstərdiyi ekspert təşkilatı tərəfindən Komitəyə müraciət olunmalıdır.
Ekspertlərə ixtisas attestatının verilməsi üçün müraciət edən Ekspert Təşkilatı qanunvericiliyin tələbinə uyğun olaraq ən azı üç (3) ekspert ştatına malik olmalıdır.

Müsabiqə test imtahanından və müsahibə mərhələsindən ibarətdir.

Test imtahanı 30 (otuz) sualdan ibarət olmaqla 1 (bir) saat müddətində keçiriləcək və hər düzgün cavab 1 (bir) balla, düzgün olmayan və ya cavabsız saxlanılan cavab isə “0” balla qiymətləndiriləcəkdir. Test imtahanından 25 (iyirmi beş) və daha çox bal toplamış namizədlər müsahibə mərhələsinə buraxılırlar.

Test imtahanının keçirildiyi vaxt və yer barədə məlumat imtahandan 3 (üç) gün əvvəl Komitənin rəsmi internet informasiya ehtiyatında yerləşdiriləcək və namizədlərə sifarişli poçt bildirişi və ya elektron qaydada göndəriləcəkdir.

Müsabiqə və müsahibə proqramı Komitənin rəsmi internet informasiya ehtiyatında yerləşdiriləcəkdir.

Ekspert Şurasının tərkibinə daxil ediləcək ekspert namizədləri aşağıdakı şərtlərə uyğun olmalıdır.

Namizədlər pedaqogika, psixologiya və ya uşaq psixiatriyası sahəsində ali təhsilə malik olan şəxslər olmalıdır.

Həyat və sağlamlıq əleyhinə ağır və xüsusilə ağır cinayətlər, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri və ya ictimai mənəviyyat əleyhinə və s. cinayətlər törətməyə görə məhkum edilmiş şəxslər ekspert kimi fəaliyyət göstərə bilməzlər.

Namizədlər elektron qaydada və ya birbaşa müraciət edə bilərlər.

Elektron qaydada müraciət edildikdə, müraciət forması ekspert təşkilatının rəhbərinin və ya nümayəndəsinin elektron imzası ilə təsdiq edilir.

Müraciətə aşağıdakı sənədlər əlavə edilir.

Ekspert təşkilatının vəsatəti

Ekspertizanı keçirmək istəyən şəxsin ərizəsi

Ekspertizanı keçirmək istəyən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti
Ekspert təşkilatı ilə namizəd arasında bağlanmış əmək müqaviləsinə dair Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “əmək müqaviləsi bildirişi” üzrə elektron informasiya sistemindən çıxarış

Müvafiq sahə üzrə ali təhsil haqqında diplomun surəti

İxtisas üzrə iş stajını təsdiq edən əmək kitabçasının surəti

Məhkumluq barədə arayış (varsa)

Ekspert təşkilatının VÖEN-i

Bildirilir ki, təqdim edilmiş sənədlərə Komitə tərəfindən qanunvericiliyə uyğun olaraq 10 (on) iş günü müddətində baxılaraq, namizədin müsabiqəyə buraxılması haqqında qərar qəbul edilir, sifarişli poçt bildirişi ilə və ya elektron qaydada ekspert təşkilatına göndərilir.

Müsabiqədə iştrak etmək arzusunda olan ekspert təşkilatları qeydiyyatdan keçmələri üçün qanunvericiliyin tələblərinə uyğun olaraq Komitənin rəsmi internet informasiya ehtiyatlarında yerləşdirilmiş müraciət formasını müvafiq sənədləri əlavə etməklə elektron qaydada doldura və ya birbaşa müraciət edə bilərlərlər.

İxtisas attestatının verilməsinə dair ərizə forması

1. Ekspert təşkilatının adı ________________________________________________

2.Hüquqi ünvanı _______________________________________________________

3.Əlaqə vasitələri ______________________________________________________ 4.Ekspertlərin sayı _____________________________________________________
5.Ekspertlərin ali təhsili haqqında diplomun rekvizitləri________________________
6.Ali təhsil haqqında diplom xarici dövlətin təhsil müəssisəsi tərəfindən verildikdə və nostrifikasiya tələb edildiyi halda, nostrifikasiya şəhadətnaməsinin nömrəsi______________
7.Ekspertin ekspertizasını aparmaq istədiyi informasiya məhsulunun növü__________
8.Ərizəyə (müraciətə) əlavə edilmiş sənədlərin siyahısı_________________________
Ekspert təşkilatının rəhbərinin və ya nümayəndəsinin imzası_____________________
Ekspet təşkilatın möhürü ________________________________

M.Y.
Əlaqələndirici şəxs: Gülər Əhmədova

Əlaqə telefonu: (036) 550-46-58

Joomla 1.5