“Sabahın tədqiqatçıları” layihəsinin iştirakçısı Rusiyada mükafata layiq görülüb

ÇapE-poçt

AMEA Naxçıvan Bölməsi və muxtar respublikanın Təhsil Nazirliyinin birlikdə həyata keçirdiyi “Sabahın tədqiqatçısı” layihəsinin iştirakçısı Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin IX sinif şagirdi Şərəf Zeynalova beynəlxalq müsabiqənin diplomuna layiq görülüb.

Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Surə Rəhimovanın elmi rəhbərliyi ilə tədqiqat aparan Şərəf Zeynalovanın “Naxçıvan Muxtar Respublikası florasında Fabaceae Lindl. fəsiləsinə daxil olan növlərin bioloji və fitokimyəvi xüsusiyyətləri” adlı məqaləsi “Rusiya Federasiyası Pedaqoji Layihələr Akademiyası” Ümumrusiya informasiya-təhsil portalının keçirdiyi müsabiqədə II dərəcəli diplom və sertifikata layiq görülüb. Elmi rəhbər Surə Rəhimova isə gələcək tədqiqatçıya göstərdiyi səmərəli rəhbərliyə görə müsabiqənin münsiflər heyətindən təşəkkür məktubu alıb.

Qeyd edək ki, məktəbli Şərəf Zeynalova “Astragalus tragacantha L. (Kitrəli gəvən) növündən kitrələrin alınması, təmizlənməsi və tətbiq sahələrinin öyrənilməsi” adlı tədqiqatla məşğuldur. Layihənin əsas məqsədi kitrəli gəvən növünün fitokimyəvi tərkibinin ən son metodikalar tətbiq edilməklə öyrənilməsi, bitkidən kitrələr əldə olunması və müxtəlif sahələrdə istifadə perspektivlərinin araşdırılmasından ibarətdir.

Joomla 1.5