05.05.21 16:28
Mayın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin ölkə üzrə yeni direktoru xanım Kandis Makdeyqan ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonağı yeni vəzifəsinə təyin olunması münasibətilə təbrik etmiş, Asiya İnkişaf Bankı ilə muxtar respublika arasındakı əməkdaşlığı diqqətə çatdırmışdır. Ali Məclisin Sədri Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqın muxtar respublikaya səfərini xatırlatmışdır. Muxtar respublikada aqrar sahədə görülən işlərdən bəhs edən Ali Məclisin Sədri təqdim olunan yeni layihələrin bu baxımdan əhəmiyyətini qeyd etmişdir.
Ali Məclisin Sədri qonağın Naxçıvana səfərindən məmnunluğunu bildirmişdir.
Asiya İnkişaf Bankının ölkə üzrə direktoru xanım Kandis Makdeyqan Ali Məclisin Sədrinə səmimi qəbula görə minnətdarlıq etmişdir. Naxçıvan Muxtar Respublikasına ilk səfərinin layihələrlə tanışlıq məqsədi daşıdığını qeyd edən qonaq əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulamışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti