Muxtar respublikada uşaq hüquqları qorunur

ÇapE-poçt

Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi uşaq hüquqlarının qorunması istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Görülən işlərin davamı olaraq ilin əvvəlində təsdiq edilmiş Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2021-ci il üçün “İş Planı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən 2021-ci il 5 aprel tarixdə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə monitorinq keçirilmişdir. Monitorinq zamanı uşaq hüquqlarını əhatə edən bütün sahələr yoxlanılmışdır.Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması istiqamətində  monitorinqləri bundan sonra da davam etdirəcəkdir

Joomla 1.5