Muxtar respublikada uşaq hüquqları qorunur

ÇapE-poçt

Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi uşaq hüquqlarının qorunması istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Görülən işlərin davamı olaraq ilin əvvəlində təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2021-ci il üçün “İş Planı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən 2021-ci il 31 mart tarixdə Kəngərli rayon Qıvraq qəsəbə Uşaq Bağçasında monitorinq keçirilmişdir. Monitorinq zamanı uşaq hüquqlarını əhatə edən bütün sahələr yoxlanılmışdır, bu istiqamətdə heç bir nöqsan aşkar edilməmişdir.Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması istiqamətində  monitorinqləri bundan sonra da davam etdirəcəkdir.

Joomla 1.5