Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində görüş keçirilib

ÇapE-poçt

Bu gün Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulu Seyid Əhməd Hüseyni ilə görüş keçirilmişdir.

Görüşdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qonağı salamlamış və muxtar respublikada həyata keçirilən dövlət ailə, qadın və uşaq siyasətindən ətraflı bəhs etmiş, əldə olunan uğurları diqqətə çatdırmışdır.

İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulu Seyid Əhməd Hüseyni görüşə görə öz minnətdarlığını bildirmiş və İran İslam Respublikasında ailə, qadın və uşaq sahəsi ilə bağlı görülən işlər haqqında məlumat vermişdir.

Görüşdə qadınlarla bağlı gələcəkdə qarşılıqlı əməkdaşlıq haqqında fikir mübadiləsi aparılmışdır.

Joomla 1.5