Sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunması diqqət mərkəzində saxlanılır

ÇapE-poçt

Muxtar respublikada yaşayan bütün uşaqlar o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Onların hərtərəfli inkişafı, təhsil hüquqlarının təmin olunması, cəmiyyətə adabtasiyası və inteqrasiyası üçün ardıcıl olaraq tədbirlər görülür.  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyasi üzrə Dövlət Proqramı”nın təsdiq olunması və aid təşkilatlar tərəfindən bu proqramın icrası sağlamlıq imkanları məhdud uşaqların layiqli vətəndaş kimi formalaşması, cəmiyyətə inteqrasiya olunması üçün əlverişli şərait yaradır.

Proqramın əsas məqsədi muxtar respublikamızda yaşayan sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunması, inklüziv təhsilə keçid imkanlarının artırılması, distant təhsilin inkişaf etdirilməsi, sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasında müasir üsulların tətbiq edilməsi, onların müasir informasiya texnologiyalarından istifadə imkanlarının artırılması, eləcə də təlim-tərbiyəsilə bağlı müvafiq pedaqoji kadrların hazırlanmasıdır. Proqramın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2018-ci ilin avqust ayında sağlamlıq imkanları məhdud uşaqların ümumtəhsil məktəblərinə cəlbi, cəmiyyətə inteqrasiyası və təlim-tərbiyəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirmişdir. Belə ki, muxtar respublika üzrə 18 yaşadək sağlamlıq imkanları məhdud olan 100 nəfər uşağın ailəsi ilə əlaqə saxlanılmış, geniş maarifləndirici söhbətlər aparılmışdır. Uşaqların potensialılarına uyğun olaraq məktəb, məktəbəqədər və məktəbdənkənar təlim-tərbiyə müəssisələrinə göndərilmələri tövsiyyə olunmuşdur. Avqust ayı 13 sağlamlıq imkanları məhdud uşaq ümumtəhsil məktəblərinin I sinfinə, 4 nəfəri isə ümumtəhsil məktəblərinin məktəbə hazırlıq sinfinə cəlb olunmuşdur. Proqramın icrası ilə bağlı işlər davam etdirilir.

 

Joomla 1.5