“Milli geyimlər" Festivalı keçirilmişdir

ÇapE-poçt

Sentyabr ayının 8-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Komplek­sin­də “Milli geyimlər" Festivalı keçirilmişdir.

Festivalda müxtəlif dövrlərə aid milli geyimlərin nümayişi, əl işlərinin sərgi-satışı, rəsm əsərlərinin sərgisi, milli adət-ənənələri və milli geyimləri özündə əks etdirən müxtəlif kompozisiyalar nümayiş olunmuşdur. Uşaq incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdlərinin və məktəbdənkənar müəssisələrin dərnək üzvlərinin rəsm əsərləri və əl işlərindən ibarət sərgi, qadınların tikdiyi milli geyimlər və aksesuarlar,  üzərində milli ornamentlər təsvir olunmuş suvenirlər festivala gələnlər tərəfindən maraqla qarşılanmışdır. Festivalda Naxçıvan Dövlət Filarmoniyasının üzvlərindən və Naxçıvan Musiqi Kollecinin  tələbələrindən ibarət “Qədim musiqi alətləri” ansamblı, “Şərur” Xalq, “Nurani” və “Şərur qönçələri” yallı ansamblları, Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qruplarının ifasında Azərbaycan milli musiqisi və milli rəqslərindən ibarət konsert proqramı təqdim olunmuşdur.

Həmçinin festivalda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən cəlb olunmuş istedadlı qadınların əl işləri də nümayiş olunmuşdur. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Komplek­sin­də fəaliyyət göstərən qadınların əl işləri mağazasında qadınların əl işlərinin, onların tikdiyi milli geyimlərin və aksesuarların, milli ornamentlər təsvir olunmuş suvenirlərin sərgi-satışında, ümumilikdə 95 qadının 1287 əl işi nümayiş olunmuş, onlardan 23 qadının 591 manat dəyərində 72 əl işi satılaraq vəsaiti  sahibkarlara ödənilmişdir.

Joomla 1.5