“Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində Qəhrəmanovlar ailəsi ilə görüş keçirilib

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə 2023-cü il 25 iyun  tarixdə Şahbuz şəhərində yaşayan uzunömürlü nümunəvi – evliliklərinin 65 illiyi tamam olan Qəhrəmanovlar  ailəsində tədbir keçirilib.

Tədbiri açılış nitqi ilə Şahbuz Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi  Turanə Məhərrəmli açaraq tədbirin əhəmiyyətindən danışıb.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət ailə siyasəti bu gün ölkəmizdə   Prezident İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir. Azərbaycanda ailə dəyərlərinin qorunması və təbliği, ailələrin sosial müdafiəsinin gücləndirilməsi, gender bərabərliyinin təmin edilir. Nümunəvi uzunömürlü ailə ilə görüşün keçirilməsi “Ailələrimizi tanıyaq” layihəsinin icrası ilə bağlıdır. K.Babayeva layihənin mahiyyətindən bəhs edərək yeniyetmə və gənclərin iştirakı ilə ailə dəyərlərinin qorunaraq gənc nəslə çatdırılması, xüsusilə də uzunömürlü, nümunəvi ailələrin evlilik təcrübələrindən yararlanmaq hər zaman önəmli rol oynayıb. Müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdən başlayaraq, ailədə kişi də, qadın da öz yerini tanımış, tarixən yaranıb formalaşmış adət və ənənələrə hörmətlə yanaşılmışdır. Xalqımızın tarixən qoruyub hifz etdiyi əxlaqi sərvət və normalar, ən ülvi nümunələr,  ailə dəyərləri, adət-ənənələr gələcək nəsillərə ötürülməkdədir.

Sonda “Ailələrimizi tanıyaq” layihəsinin iştirakçısı olan uzunömürlü nümunəvi - evliliklərinin 65 illiyi tamam olan Qəhrəmanov Məmmədxan Qəhrəman oğlu öz həyatından, ailəsindən, əmək fəaliyyətindən, 5  övladı, 13 nəvəsi və 7 nəticəsi haqqında məlumat verərək qeyd edib ki, ailənin uzunömürlü olmasının ailədaxilində olan münasibətin qarşılıqlı hörmət, səbr və təmkinli olmaq və sevgiyə dayanaraq daha da mökhəm olması vacib şərtlərdəndir. Ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlıqlaını bildiriblər. Tədbir fəal gənclər ilə diskussiya xarakterli, səmimi söhbətlə davam edib.

Joomla 1.5