Monitorinqlər davam etdirilir

ÇapE-poçt

 

 Naxçıvan Muxtar Respublikasında qadınlar tərəfindən sahibkarlıq və kiçik biznesin inkişafına, eləcə də  ailə təsərrüfatlarının qurulması və ya genişləndirilməsinə maddi dəstək göstərilir.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq sahənin inkişafı ilə bağlı sosial layihələr icra olunur, qadınlara fəaliyyət istiqamətlərinin inkişafı və genişləndirilməsi üçün sərmayə kapitalı verilir.

Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra olunan  “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsində sərmayə kapitalı alan 4 qadının iş yeri və evində sərmayə kapitalından düzgün istifadə olunması və ya müvafiq sahələrin qurulması ilə əlaqədar  2023-cü il 12 iyul tarixində monitorinq keçirilib.

Monitorinq zamanı məlum olub ki, layihə iştirakçıları olan Şahbuz rayon Qızıl Qışlaq kənd sakinləri Hüseynova Sevil Hacı qızı iribuynuzlu heyvandarlıq sahəsi, Məmmədova Zeynəb Yaqub qızı arıçılıq sahəsi, Şahbu şəhər sakinləri Baxşəliyeva Əsmər Fərman qızı konservləşdirmə  sahəsi, Vəlizadə Qumru Kirman qızı isə toxuculuq sahəsi üzrə sərmayə kapitalından öz təyinatlarına uyğun istifadə edərək fəaliyyət sahələrini qurublar. Monitoinq zamanı heç bir nöqsan aşkarlanmayıb.

Sərmayə kapitalı alan qadınlar məşğulluqlarının təmin olunması istiqamətində dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

 

Joomla 1.5