Babək rayonunun Şıxmahmud kəndində vətəndaşlar qəbul edilib

ÇapE-poçt


Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2023-cü ilin aprel ayından etibarən rayon və kəndlərdə vətəndaşların qəbulunu həyata keçirir.
Növbəti vətəndaş qəbulu Babək Rayon Şıxmahmud kəndində baş tutub. 18 iyul 2023-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Babək  rayon Şıxmahmud kənd İcra Nümayəndəliyinin inzibati binasında Şıxmahmud kənd sakinləri ilə görüşüb, onların müraciətlərini dinləyib.
Görüşdə 12 kənd sakininin müraciət və şikayətlərinə baxılıb. Vətəndaşlar işlə təmin olunması, maddi yardım, ünvanlı dövlət sosial yardım, məktəbli formasının verilməsinə köməklik, sağlamlıqla bağlı, qadınların peşə təhsilinə cəlb olunması və digər məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşlara müraciətlərlə bağlı hüquqi izahat verilib, Komitənin səlahiyyət dairəsinə aid məsələlər icraata götürülübdür.
Görüşdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova da iştirak edib, aidiyyəti üzrə vətəndaşların müraciətlərinə köməklik göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar veribdir

Joomla 1.5