Kollegiya iclası keçirilib

ÇapE-poçt


2023-cü il 08 avqust tarixində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2023-cü ilin I yarımilinə dair kollegiya iclası keçirilib.

Kollegiyanı giriş sözü ilə Ramilə Seyidova açaraq bildirib ki, 2023-cü ilin I yarımilı ərzində Komitə öz fəaliyyətini 2023-cü il üçün təsdiq olunmuş İş planına uyğun qurub   və həmçinin ailə, qadın və uşaq hüquqlarının qorunması ilə bağlı  qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılıb, kollegiya iclası, konfrans, təlim, festival, seminar, tədbir, görüş, monitorinqlər, sərgi-satış keçirilib, beynəlxalq günlər qeyd olunub.

 

Bildirilib ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölkədə Ümummilli Lider Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın 100 illik yubileyləri qeyd olunur.  Komitə tərəfindən   hesabat dövrü ərzində bir sıra müvafiq mövzularla bağlı tədbirlər keçirilib.

 

Heydər Əliyev Sarayında  “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün,gələcəyimizin dayağıdır” mövzusunda tədbir keçirilib. Tədbirdən əvvəl  iştirakçılar xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsi önünə gül dəstələri qoymuş və Heydər Əliyev Muzeyi ziyarət edilmişdir. Daha sonra tədbir Heydər Əliyev Sarayında davam etmiş, müvafiq mövzuda çıxışlar edilmiş, “Azərbaycan qadını – keçmişimiz və bu günümüz” mövzusunda film nümayiş olunmuş, 2022-ci il ərzində muxtar respublikanın ictimai–siyasi həyatında fəal iştirak edən, müxtəlif nominasiyalar üzrə səmərəli fəaliyyətlərinə görə fərqlənən 35 qadına diplom, eləcə də tədbirdə iştirak edən qadınlara gül təqdim olunmuş, tədbir bədii hissə ilə davam etmiş, istedadlı qadınların rəsm və əl işlərindən, eləcə də qadınlar tərəfindən nəşr olunan kitablardan və ailə təsərrüfatı ilə məşğul olan qadınların istehsal etdiyi məhsullardan ibarət sərgi təşkil olunmuşdur. Həmçinin muxtar respublikada yaşayan gözdən əlil olan 20 qadınla, 1 çoxuşaqlı ana ilə və Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Həvayət Qurbanova ilə görüşlər keçirilmiş,Ümumi təbabət və klinik fənlər kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyevanın 70 illik yubileyi qeyd edilmiş, qadınlara hədiyyə və gül buketi, əlavə olaraq çoxuşaqlı ailəyə isə ərzaq payı təqdim olunub.

Hesabat dövrü ərzində “Liderliyə gedən yol” mövzusunda  Azərbaycan Respublikası Milli Məclisinin deputatları Ülviyyə Həmzəyeva və Cəbi Quliyevin müvafiq olaraq Culfa, Babək və Ordubad rayonlarında 150 uşağın iştirakı ilə görüşləri  keçirilib. Görüşlərdə millət vəkilləri uşaqlarla “Liderliyə gedən yol” mövzusunda söhbətlər edib və uşaqların şəxsi karyera və inkişafla bağlı fikir və təklifləri dinlənilib.

Komitə “Naxçıvan” Universiteti ilə birgə  “Ümummilli Lider Heydər Əliyev və ailə siyasəti”, Naxçıvan Müəllimlər İnstitutu ilə birgə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan qadını”,Şərur Rayon İcra Hakimiyyəti ilə birgə “Heydər Əliyev və Azərbaycan qadını” mövzusunda konfranslar, tədbirlər keçirmiş, tədbirlərdəmüvafiq mövzularda çıxışlar olunmuş, video-çarxlar  nümayiş edilmiş, bədii hissə ilə davam edib.

Komitə Kəngərli Rayon İcra Hakimiyyəti ilə birgə Qarabağlar kəndində yaşayan uzunömürlü, nümunəvi – evliliklərinin 70 illiyi tamam olan Məmmədovlar ailəsində, Şahbuz Rayon İcra Hakimiyyəti ilə birgə yeniyetmə və gənclərin iştirakı ilə uzunömürlü nümunəvi – evliliklərinin 55 və 50 illiyi tamam olan Quliyevlər və Allahverdiyevlər ailəsində,Sədərək Rayon İcra Hakimiyyəti və Şahbuz Rayon İcra Hakimiyyəti ilə birgə “Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə uzunömürlü nümunəvi – evliliklərinin 65 və 55 illiyi tamam olan Qəhrəmanovlar və Quliyevlər ailəsində tədbir, görüşlərkeçirilmiş, müvafiq mövzuda çıxışlar edilmiş, ailələrin həyat təcrübəsi dinlənilmiş, ailələrə hədiyyələr və gül buketi təqdim edilmişdir, həmçinin Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə birgə Qaraçuq kəndində yaşayan sağlamlıq imkanları məhdud aztəminatlı Novruzovlar ailəsinə və Şərur Rayon İcra Hakimiyyəti ilə birgə Axura kəndində yaşayan aztəminatlı çoxuşaqlı Orucovlar ailəsinə baş çəkilib, ailələrə ehtiyaclarına uyğun ərzaq yardımı və tibbi ləvazimat verilib.

Komitə Gənclər Fondu və Rəssamlar Birliyi ilə birgə muxtar respublika üzrə uşaqlar, gənclər və digər şəxslərarasında “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda X muxtar respublika yazı və rəsm müsabiqəsi elan etmiş, müsabiqəyə 150 şəxsin 163 işi (64 inşa, 81 rəsm, 18 dekorativ tətbiqi sənət) təqdim olunmuş, müxtəlif nominasiyalar üzrə 23 nəfər müsabiqənin qalibi olub.

Komitə “Azərbaycan ailə siyasətinin təminatçısı Ulu Öndər Heydər Əliyev” mövzusunda “Naxçıvan Saray” xidmət kompleksində tədbir keçirmişdir. Tədbirdə müvafiq mövzuda video-çarx təqdim edilmiş, çıxışlar olmuş, “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda X muxtar respublika yazı və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılmış, müsabiqə qaliblərinin əsərlərindən ibarət sərgiyə baxış olmuş, tədbir iştirakçılarına  hədiyyə təqdim olunmuş,bədii hissə ilə davam etmişdir. Həmçinin“Heydər Əliyev və ailə dəyərləri” mövzusunda telejurnalist və rejissorlar, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, həvəskar, professional fotoqraflar və digər şəxslər arasında film və foto müsabiqəsi elan olunub.

“1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibətilə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda  Sədərək, Babək, Ordubad, Şərur, Kəngərli, Şahbuz, Culfa rayonlarında tədbirlər keçirilmiş, müvafiq rayonlar üzrə incəsənət, təhsil və idman sahələri üzrə fərqlənən və şəhid, qazı uşaqlarına müvafiq olaraq fəxri fərman və hədiyyələr verilmiş,tədbirlər  bədii hissə ilə davam etmiş, müvafiq mövzudahazırlanmış filmlər nümayiş olunub.

Həmçinin Heydər Əliyev Sarayında “İstedadlı uşaqlar-2023” adlı festival keçirilmiş,festivaldan öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül qoyulub, əziz xatirəsi ehtiramla yad edilmişdir. Festivalda müxtəlif idman növləri üzrə uşaqların nümunəvi çıxışları olmuş,uşaq ədəbiyyatının və istedadlı uşaqların hazırladıqları əl işləri - dekorativ, tikmə, toxuma iş, rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilmiş,müvafiq mövzuda videoçarx nümayiş olunmuş, 2022-2023-cü tədris ilində Naxçıvan şəhəri üzrə təhsil, incəsənət, idman sahələri üzrə fərqlənən 15 uşağa və  6 nəfər şəhid uşağına hədiyyə verilib.

Hesabat dövrü ərzində“Azərbaycan qadını - keçmişimiz və bu günümüz” adlı videoçarx 4 dəfə müvafiq tədbirlərdə və sosial şəbəkələrdə nümayiş olunub.

Həmçinin Komitə və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Naxçıvan Respublika Xəstəxanasında muxtar respublikada yaşayan hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirmiş, aksiyada 6 litr qan ehtiyatı toplanılmışdır.  Əlavə olaraq Komitə Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbin uşaqlarının da iştirakı ilə tədbir keçirmiş, uşaqlara hədiyyə verilib.

Həmçinin Komitə əməkdaşları Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar müxtəlif təşkilatlar tərəfindən keçirilən tədbirlərdə iştirak edərək çıxışlar ediblər.

Akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətilə Naxçıvan Muxtar  Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan qadını, anası, həkimi - Akademik Zərifə xanım Əliyeva” mövzusunda ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, gənclər və digər şəxslər arasında esse müsabiqəsi elan olunmuş, sosial şəbəkələrdə paylaşılmışdır. Müsabiqəyə 113 esse təqdim olunmuş, müxtəlif nominasiyalar üzrə 12 nəfər müsabiqənin qalibi olm.

Komitə  Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə  birgə Naxçıvan Dövlət Milli Dram Teatrında  görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar “Elmdə qadınlar” adlı konfrans keçirib. Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub, Heydər Əliyev Muzeyi ilə tanış olublar. Konfransda müvafiq mövzuda hazırlanmış filmin təqdimatı və  aid mövzuda çıxışlar olmuş, sonra akademik Zərifə xanım Əliyevanın 100 illiyi münasibətilə  Komitə tərəfindən  elan olunmuş “Azərbaycan qadını, anası, həkimi - Akademik Zərifə xanım Əliyeva” mövzusunda keçirilən esse müsabiqəsi qaliblərinin və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi üzrə yüksək təhsil göstəricisi olan tələbələrin mükafatlandırılması mərasimi keçirilmiş, konfrans bədii hissə ilə davam etmişdır.Konfransdan sonra qonaqlar Akademik Zərifə Əliyeva adına Kəngərli rayon Şahtaxtı kənd tam orta məktəbində və Qarabağlar Türbə Kompleksində olmuşlar.Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi iləbirgə Heydər Əliyev Muzeyindəakademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi ilə bağlı tədbir keçirmiş, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoymuş, sonra müvafiq mövzuda çıxışlar edilmiş, tədbir rejissor Vaqif Mustafayevin “Əsl məhəbbət haqqında” filminin nümayişi ilə davam etmişdir, həmçinin Babək və CulfaRayon İcra Hakimiyyətləri ilə birgə Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə tədbirlər keçirmişdir. Tədbirlərdə  müvafiq mövzuda çıxışlar edilmiş, dahi şəxsiyyətlərin Zərifə xanım Əliyeva ilə bağlı fikirləri səsləndirilmiş,  müvafiq mövzuda  filmlər nümayiş olunmuşdur.

Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Sədərək rayon Dəmirçi kənd və Culfa rayon Yaycı kənd sakinləri ilə görüş keçirmişdir. Görüşlərdə 36 nəfərin müraciəti dinlənilmiş, qanunamüvafiq köməklik göstərilmişdir. Aztəminatlı ailələrin sosial problemlərinin öyrənilməsi və həll edilməsi diqqətdə saxlanılmış, hesabat dövrü ərzində 5 ailəyə müvafiq köməklik göstərilmişdir.

Həmçinin hesabat dövrü ərzində ailə, qadın və uşaq məsələləri ilə bağlı təbliğat işi də aparılmış, belə ki, “Gənc ailələrin sağlam olması gələcək nəsillərin sağlam olması deməkdir”, “Ailədaxili münaqişələr və onun qanunvericiliklə həll yolları”, “Ailə mübahisələrinin hüquqi tənzimlənməsi”,“Erkən nikah ailə institutunun məhvidir”, “Erkən nikah və onun fəsadları”, “Qız övladlarımızı gələcəyin Azərbaycan qadını kimi böyüdək”,“Bərabər dayanıqlı ailə planlaşdırılması uğursuz nikahların qarşısını alan əsas faktorlardandır”, “Sağlam ailə, sağlam gələcəkdir”, “Həyata ilk addım ana südündən başlayır”,“Uşaqlarla ünsiyyət hüququ”  mövzularında və uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətlə bağlı maarifləndirici tədbirlər keçirilmişdir. Eyni zamanda keçirilən maarifləndirici tədbirlərdə iştirak edən 377 qadın arasında ailə məsələləri ilə əlaqədar sorğu keçirilmişdir. Hesabat dövrü ərzində ailə-məişət zəminində cinayət və digər hüquqpozmaların qarşısının alınması məqsədilə polis orqanlarında profilaktiki qeydiyyatda olan 37 münaqişəli ailədə görüşlər keçirilmiş, onlarla söhbətlər aparılmışdır.

Ümumilikdə, hesabat dövrü ərzində keçirilən 64 maarifləndirici tədbirlərdən 37 ailə və 1860 nəfər yararlanmış, 1653 təbliğat materialı, o cümlədən  broşürlər paylanılmışdır.

Naxçıvan Muxtar Respublikasında tək qadınların və ailə başçısı olan qadınların peşəyönümlü fəaliyyətə yönləndirilməsi ilə bağlı 40 qadının məlumatları aid nazirliklərə  göndərilmiş, 6 rayonda aztəminatlı ailənin üzvü olan gənc qızlar və qadınlar üçün dekorativ tətbiqi sənətin bədii tikmə sahəsinin öyrənilməsi ilə bağlı 6 dəfə təlim keçirilmiş, 10 sağlamlıq imkanları məhdud, 43  aztəminatlı ailədən olan qadın və 73 yuxarı sinif şagirdləri olmaqla 126 nəfər təlimlərdən yararlanmış, həmçinin sərmayə kapitalı verilmiş 22 qadının təsərrüfat sahələrində sərmayə kapitalından düzgün istifadə etmələri ilə bağlı 22 monitorinq aparılmış,  nöqsan aşkarlanmamışdır.

Batabat yaylağında keçirilən “Xalq yaradıcılığı” festivalında istedadlı qadınların əl işlərindən ibarət sərgi təşkil olunmuş və satışı həyata keçirilmişdır. Həmçinin Novruz bayramı ilə əlaqədar  təşkil edilmiş bayram  tədbirində və “Kətə” festivalında da istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışı təşkil edilmişdir. Ümumilikdə, hesabat dövrü ərzində özünüməşğulluğunu təmin etmiş sosial qayğıya ehtiyacı olan qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə 48 istedadlı qadının 6514 manat dəyərində 632 əl işi və istehsal etdikləri məhsulların satışı həyata keçirilmişdir.

Hesabat dövrü ərzində gender bərabərliyi siyasətini səmərəli şəkildə həyata keçirmək  məqsədilə muxtar respublikanın nazirlik, komitə, agentlik, xidmət və digər dövlət müəssisə və təşkilatlarında gender məsələləri üzrə məsul şəxslərin təyin edilməsi məqsədilə tədbirlər görülmüş, təşkilatlarda müvafiq  məsul şəxslər  yaradılmışdır.

2022-ci il üçün uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair  illik hesabat, uşaq müəssisələrinin siyahısı və monitorinq keçirilməsi üçün yaradılan ekspert qrupunun tərkibi hazırlanaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya təqdim edilmiş, Komissiyanın iclası keçirilmiş, 2023-cü il üçün İş Planı, monitorinq keçiriləcək uşaq müəssisələrinin siyahısı və monitorinq keçirilməsi üçün yaradılan ekspert qrupunun tərkibi təsdiq olunmuş, həmçinin Komissiya tərəfindən hazırlanmış Naxçıvan Muxtar Respublikasında 2022-ci ildə uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik hesabat aidiyyəti üzrə təqdim edilmişdir.

Hesabat dövrü ərzində “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların hüquqlarının qorunması: reallıqlar və perspektivlər” mövzusunda iclas keçirilmiş, müvafiq sahə ilə bağlı mövcud vəziyyət təhlil olunmuş, təkliflər hazırlanmış və aidiyyatı üzrə  təqdim  edilmişdir. Həmçinin  himayəyə verilmiş valideyn himayəsindən məhrum olmuş 9 uşağın qeydiyyatı aparılmış, 11 uşaq müəssisəsində, 1 yetkinlik yaşına çatmayan uşağın,  19  valideyn  himayəsindən məhrum uşağın evlərində monitorinqlər keçirilmiş, problemlərin həlli ilə əlaqədar tədbirlər görülmüş, aşkarlanan nöqsanlar aktlaşdırılmış, tədbir görülməsi üçün aid orqanlara məktub göndərilmiş, eyni zamanda 21 sağlamlıq imkanları məhdud uşağın evində monitorinqlər keçirilmiş, 4 uşaq məktəbəqədər müəssisəyə cəlb edilmişdir. Ümumilikdə, hesabat dövrü ərzində uşaq hüquqlarının qorunması ilə bağlı 54 monitorinq keçirilmişdir.

Muxtar respublikanın şəhər və rayonlarında“Uşaq Səfirlər Məclisi” ilə əlaqədar 8 dəfə tədbir keçirilmiş,müvafiq məclisin mahiyyəti, uşaqların dünyagörüşləri, uşaq hüquqları ilə bağlı onların fikir və təklifləri və s. məsələlərə dair diskussiya şəklində söhbət aparılmış, tədbir iştirakçılarına  müvafiq mövzulara dair 170 ədəd broşür paylanılmış, seçilən 40 uşaq haqqında məlumatlar Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göndərilmişdir.“10 mart-Milli Teatr Günü” və “2 aprel - Ümumdünya Autizm Məlumatlandırma Günü” ilə əlaqədar M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında xalq nağılı əsasında hazırlanmış “Keçinin qisası” tamaşasına xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları olmaqla 206 nəfər uşaq cəlb olunmuşdur. Müxtəlif kateqoriyalardan olan 20 uşağın “Heydər Əliyev irsinin təbliğində maarifləndirmə işi” çərçivəsində  müzeylərə  ekskursiyaları təşkil olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xüsusi qayğıya ehtiyacı olan  41 nəfər uşaq üçün  Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi” təşkil olunmuş, üç gün davam edən “Yay məktəbi” çərçivəsində  oyunlar, seminarlar, kitab mütaliəsi, viktorina və sairə  təşkil olunmuş, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş edilmiş, 25 uşaq diplomla təltif edilmiş, uşaqlara 30 maarifləndirici bröşur paylanılmış, Futbolun İnkişaf Fondu, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun birgə təşkilatçılığı ilə “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun Uzunoba bazasında xüsusi qayğıya ehtiyacı olan 40 uşaq üçün Futbol düşərgəsi təşkil olunmuşdur. Yeddi günlük düşərgə zamanı uşaqlar üçün müxtəlif mövzularda fərdi inkişaf təlimləri və futbol dərsləri təşkil olunmuş, seminarlar keçirilmiş, uşaqların muzeylərə, STEAM Mərkəzinə ekskursiyaları təşkil olunmuş, sonda uşaqlar sertifikatlarla təltif olunmuşlar.

Komitə əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədi ilə 2 əməkdaş beynəlxalq təlimlərdə iştirak etmişdir. 1 əməkdaşa sertifikat təqdim edilmişdir. Həmçinin Komitənin 1 əməkdaşı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

Ümumilikdə, hesabat dövrü ərzində 2 kollegiya, 2 konfrans, YYÇİHMK-nin 2 iclası, 3 festival, 6 təlim, 4 seminar, 119 tədbir, 1 ekskursiya, 4 görüş, 2 müsabiqə, 76 monitorinq, 4 sərgi-satış keçirilmişdir.

Məruzə ətrafında Aparatın maliyyə-təsərrüfat və kar­gü­­zar­lıq şöbəsinin müdiri  Vüsalə Vəliyeva və ailə qadın problemləri  və gender məsələləri şöbəsinin baş məsləhətçisi  Firuzə Hüseynova çıxış ediblər.

Sonda Kollegiyanın qərarı qəbul edilib. Kollegiya iclasına Komitənin sədri  yekun vuraraq bildirib ki, Komitə tərəfindən bundan sonra da ölkəmizin davamlı inkişafına nail olmaq üçün ailə, qadın və uşaq sahəsində qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetiriləcəkdir.

Joomla 1.5