“Ailə, qadın və uşaq siyasəti son 20 ildə” mövzusunda tədbir keçirilib

ÇapE-poçt

 


2023-cü il 14 oktyabr tarixdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin siyasətdə 20 ilinin tamam olması ilə bağlı “Ailə, qadın və uşaq siyasəti son 20 ildə” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbirin əhəmiyyətindən bəhs edərək “Naxçıvan Muxtar Respublikasında 20 il ərzində dövlət ailə, qadın, uşaq siyasətinin inkişafı” mövzusunda məruzə edərək bildirib ki, 15 oktyabr 2003-cü il tarixində keçirilən seçkilərdə seçicilərin 76%-dən çoxu öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə verib və nəticədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi son 20 ildə yeni prinsip və nümunələrlə zənginləşərək, ölkəmizi daha da irəli aparmıış və dünya dövlətləri arasında həm daxili, həm də xarici siyasəti ilə ölkəmiz ən qabaqcıl və qalib ölkə kimi tarixə düşdü. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanı bütün sahələr üzrə elə güclü və qüdrətli dövlətə çevirdi ki, ölkəmizə qarşı planlaşdırılan bütün məsələlər iflasa uğradı. Komitə sədri Azərbaycan Respublikasında ölkə rəhbərinin 20 il ərzində həyata keçirdiyi dövlət qadın, uşaq və gender siyasətindən bəhs edərək, bildirib ki, sosial sahədə mühüm işlər görülür, əhalinin, o cümlədən ailələrin, uşaqların sosial müdafiəsi istiqamətində tədbirlər həyata keçirilir. Son 20 ildə müvafiq sahədə qanunvericilik bazası təkmilləşdirildi, ölkəmiz beynəlxalq konvesiyaları ratifikasiya etdi, ölkəmizin uğurlu inkişafı ilə bağlı bir çox dövlət proqramları qəbul edildi. Ölkəmizdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaranması və müvafiq olaraq Naxçıvan Muxtar Respublikasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, həmçinin müvafiq sahədə qanunvericilik aktlarının qəbul edilməsi, xüsusən də 2006-cı il 10 oktyabr tarixində “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılığı haqqında” Azərbaycan Respublikası Qanunlarının qəbul edilməsi dövlət siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsində və həyata keçirilməsində əhəmiyyətli rol oynamışdır. Gender siyasətinin tələblərinə uyğun olaraq hazırda ölkəmizdə qadınlarla kişilərin hüquq bərabərliyi təmin olunur, bütün dövlət strukturlarında qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılır, qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanlar yaradılır. Gender siyasətinin tələblərinə uyğun olaraq hazırda ölkəmizdə qadınlarla kişilərin hüquq bərabərliyi təmin olunur, bütün dövlət strukturlarında qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılır, qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanlar yaradılır. Hal-hazırda qadınlarımız arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər vardır. Qeyd olunanlar Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın timsalında görünür. Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahəyə olan ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban xanımın gördüyü işlərin mühüm göstəricisi Heydər Əliyev Fondunun timsalında əks olunub. Heydər Əliyev Fondu ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin, xüsusən də ailə, qadın və uşaqlarla bağlı layihələrin reallaşmasını və digər mühüm işlərin icrasını təmin edir.
Həmçinin müvafiq sahədə qanunvericilik aktlarının qəbul edilməsi, eyni zamanda ölkə başçısının imzaladığı Sərəncam və Fərmanlar dövlət siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsində və həyata keçirilməsi Cənab İlham Əliyevin zəngin dövlət siyasətindən xəbər verir. Naxçıvan Muxtar Respublikasında da ölkə rəhbərliyinin uğurlu siyasəti davam etdirilir.
​Muxtar respublikada da ümummilli liderimizin müəyyənləşdirdiyi dövlət qadın və gender siyasəti ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Naxçıvan qadınları muxtar respublikanın sosial–iqtisadı, mədəni, ictimai həyatında fəal iştirak edirlər. Onlar dövlət quruculuğu, hüquq-mühafizə, elm, səhiyyə, təhsil, mədəniyyət, idman, kənd təsərrüffatı və digər sahələrdə fəaliyyət göstərirlər. Bunu statistik rəqəmlər də təsdiq edir. Belə ki, muxtar respublika əhalisinin 50.1%-i, işləyən təbəqənin 33%-i qadınların payına düşür. Təhsil sahəsində işləyənlərin 71%-ni, səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində işləyənlərin 82.05%-ni, istirahət, əyləncə - incəsənət sahəsində işləyənlərin isə 62.8%-ni qadınlar təşkil edir. Dövlət qulluğunda işləyənlərin 22,82 faizi qadınlardır. Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının 24.44%-ni qadınlar təşkil edir. Həmçinin Naxçıvan Muxtar Respublikasından Azərbaycan Milli Məclisinə seçilən 7 deputatdan 1-i qadındır. Bu gün qadınların Yeni Azərbaycan Partiyasında təmsil olunmaları da özünü müsbət yöndə göstərməkdədir. Hazırda muxtar respublika təşkilatı üzvlərinin 25605-i, yaxud 44.14 faizi qadındır ki, onların da 110-u ərazi ilk partiya təşkilatının sədridir. Sonuncu bələdiyyə seçkilərində üzvlərin 221-ni qadınlar təşkil edib ki, onların da 10-u bələdiyyə sədridir. Ramilə Seyidova bildirdi ki, ölkə Prezidenti muxtar respublika qadınlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirir, onlar fəxri adlara, mükafatlara layiq görülür, medal və nişanlarla təltif edilirlər. Belə ki, son 20 ildə 200-dən artıq qadın Azərbaycan Respublikasının fəxri adları, həmçinin orden, medal və nişanları ilə təltif olunublar. Həmçinin Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 5 medalla təltif olununlar.
Ölkə Prezidenti cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində Zəfər salnaməsini yazdığı, habelə birgünlük antiterror tədbirlərini uğurla başa çatdırdığı və bununla bütün dünyaya bəyan etdi. Dövlət başçısı torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası yolunda qətiyyətlə çalışaraq 30 ildən sonra Azərbaycan Bayrağını işğaldan azad olunmuş bütün şəhər və kəndlərimizdə dalğalanmasına nail olması deməyə imkan verir ki, Cənab Prezidentin həyata keçirdiyi düzgün hərtərəfli dövlət siyasəti öz bəhrəsini verib.
Daha sonra mövzu ətrafında Komitənin sədr müavini Aytən Məmmədova, Aparat rəhbəri Eltun Həziyev, şöbə müdiri Könül Babayevanın çıxışları dinlənilib.
Çıxış edənlər ölkə Prezidentinə can sağlığı, həyata keçirilən uğurlu dövlət siyasətinə görə isə dövlət başçısına minnətdarlıq edərək uğurlar arzuladılar və daima ölkə rəhbərinin ətrafında sıx birləşərək üzərlərinə düşən vəzifələrin layiqincə həyata keçirəcəklərini bildirdilər.

 

 

Joomla 1.5