Həyata ilk addım ana südündən başlayır” mövzusunda maarifləndirici tədbir keçirilib

ÇapE-poçt

 

2023-cü il 12 oktyabr tarixində Culfa rayonunun Bənəniyar kəndində “Həyata ilk addım ana südündən başlayır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri Culfa Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mədinə Əlisoy açaraq, keçirilən tədbirin əhəmiyyətindən danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova slayd vasitəsilə çıxış edib. Qeyd edib ki, ana südü milli-mənəvi dəyərlərimizin daşıyıcısı olduğu kimi körpələr üçün də əvəzedilməz və ən ideal qidadır. Bu cür qidalandırma yalnız uşaq üçün ən yaxşı qidalandırma mənbəyi deyil həmçinin bu uşaq və ana arasında yaxın bağın formalaşmasına da kömək edir. Ana südünün uşağın normal inkişafı üçün vacib olduğunu deyən F.Hüseynova süddə olan qida maddələrinin ananın qidalanmasından, eləcə də onun orqanizminin qida ehtiyatlarından əldə etdiyini bildirib. Ana südü ilə qidalanmanın anaya və ailə büdcəsinə olan faydaları ndan da bəhs edib.
Ana südü ilə qidalanmanın təbliği məqsədi ilə tibb müəssisələri tərəfindən hamilə qadınlara və analara döşlə əmizdirilmənin vacibliyi və əhəmiyyəti, onun süni qidalanma ilə müqayisədə üstünlüyü ,ana südü ilə qidalanmanın uşaqların inkişafına müsbət təsiri, ana südü ilə qidalanmanın uşağın və ananın sağlamlığının vacibliyi barədə maarifləndirici tədbirlər görülür. Həmçinin ana südü ilə qidalanmanın uşağı yoluxucu xəstəliklərdən qorunması və immun sisteminin gücləndirilməsinə böyük təsiri olduğu barədə məlumat verib.
Daha sonra Culfa Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi şəxsin ginekoloq-həkimi Zülfiyyə Ağayeva “Ana südünün əhəmiyyəti” mövzusunda tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.
Tədbir diskussiya xarakterli olub, tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb. Tədbirdən 34 nəfər yararlanıb.

 

 

Joomla 1.5