“Bərabər dayanıqlı ailə planlaşdırması uğursuz nikahların qarşısını alan əsas faktorlardandır ” mövzusunda maarifləndirici tədbir keçirilib

ÇapE-poçt

 

2023-cü il 09 oktyabr tarixində Ordubad şəhərində “Bərabər dayanıqlı ailə planlaşdırması uğursuz nikahların qarşısını alan əsas faktorlardandır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli açaraq tədbirin əhəmiyyətindən bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət ailə, qadın və uşaq siyasətindən,eləcə də ailə dəyərləri və ailədə ailə dəyərlərinin yaşadılmasının əhəmiyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. O, bildirib ki, ailələrin möhkəm olması üçün ailədə hər iki tərəf ailənin bütövlüyünün qorunması, o ailədə böyüyəcək övladların hərtərəfli və sağlam böyüməsi üçün çalışmalıdır.
Sonra Aparatın Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Yaqut Abbaszadə slayd vasitəsilə çıxış edib. O, ailədə bərabərliyin, dayanıqlılığın necə olmasını, bərabər və dayanıqlı ailə planlaşdırmasının yollarından və planlaşdırmanın əhəmiyyətindən bəhs edib. Dayanıqlı ailədə ailə üzvləri arasında güclü bağlılığın, qarşılıqlı hörmətin, ünsiyyət və həmrəylik hisslərinin mövcudluğunun var olduğunu vurğulayıb, cəmiyyətin aktual məsələsi olan erkən nikah və onun fəsadları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbir diskussiya xarakterli olub, tədbir iştirakçıları fikir mübadiləsi aparıb, suallar cavablandırılıb. İştirakçıklara müvafiq mövzularda 70 maarifləndirici broşür paylanılıb və tədbir iştirakçıları arasında mövzu ilə əlaqədar yazılı şəkildə sorğu keçirilib. Tədbirdən 55 nəfər yararlanıb.

 

 

Joomla 1.5