“Ulu öndər Heydər Əliyevin ailəsi gənclərimizə örnəkdir” mövzusunda tədbir keçirilib

ÇapE-poçt

 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Şahbuz şəhərində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şahbuz Rayon İcra Hakimiyyəti ilə birlikdə “Ulu öndər Heydər Əliyevin ailəsi gənclərimizə örnəkdir” mövzusunda tədbir keçirib.
Tədbir erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində, həmçinin lokal antiterror əməliyyatı zamanı həlak olan şəhidlərin, Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi, eləcə də Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Nübar Səfərova tədbirin mahiyyətindən və Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli və nəsillərə örnək həyat yolundan geniş şəkildə bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasından 100 il ötür. Bu tarixə nəzər salarkən ömrünü şərəf və ləyaqətlə yaşamış, Vətəninə, xalqına sədaqətlə xidmət etmiş dahi rəhbəri görürük. Ulu öndər Heydər Əliyevin ictimai və siyasi fəaliyyətini araşdıran hər kəs, onun necə qüdrətli, hərtərəfli şəxsiyyət olduğunun şahidinə çevrilir. Müxtəlif peşəli, geniş dünyagörüşlü insanların, həm də əsl ailə həyatını təcəssüm etdirməsi bu gün də gənclərə nümunədir. Azərbaycana rəhbərlik etdiyi hər bir dövrdə çoxuşaqlı və aztəminatlı ailələrə, əmək qəhrəmanlarının ailələrinə xüsusi qayğı göstərir, onların övladlarının təhsilini nəzarətdə saxlayırdı. Ailəni, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Heydər Əliyev hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusa, qayda-qanuna, əlaqələrə və prinsiplərə riayət etməlidir. K.Babayeva bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi əsasında formalaşan ailəsi, milli-mənəvi dəyərlərimizin daşıyıcısı və qoruyucusu olmuşdur. Bu ailə milli mentalitetimizə uyğun şəkildə tərbiyə almış, təhsili, davranışı, elmlərə maraq göstərməsi, Vətənə bağlılığı ilə Azərbaycan xalqının mənəvi və əxlaqi dəyərlərinə söykənmişdir. Bu gün böyük iftixarla söyləyə bilərik ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, örnək ailə modelini ulu öndər Heydər Əliyevin ailəsindən nümunə götürür.
Sonra Yeni Azərbaycan Partiyası Şahbuz Rayon təşkilatının gənc üzvü Hüseyn Qəhrəmanov mövzu ətrafında çıxış edib.
Tədbirin sonunda rejissor Vaqif Mustafayevin “Əsl məhəbbət haqqında” filmi nümayiş olunub.
İstatistikleri ve reklamları gör
Tüm ifadeler:
88

 

 

Joomla 1.5