13.10.18 15:25
Bu münasibətlə M.Fizuli adına Ordubad şəhər tam orta İnternat məktəbində tədbir təşkil olunmuşdur. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək bildirmişlər ki, Naxçıvan Muxtar Respublikasında uşaqlarla bağlı dövlət siyasəti uğurla həyata keçirilir, onların sağlamlığının qorunmasına, təhsilinə, təlim-tərbiyəsinə xüsusi diqqət və qayğı göstərilir. Uşaqların sosial ehtiyaclarının hərtərəfli təmini, onların yüksək mənəvi mühitdə, milli dəyərlər əsasında tərbiyəsi, təhsil alaraq layiqli şəxsiyyət kimi yetişməsi dövlətin diqqət mərkəzində saxlanılır. Həmçinin uşaqların yay tətili günlərində istirahətlərinin təşkili ilə əlaqədar Ağbulaq İstirahət Mərkəzində yay düşərgələri təşkil olunur. Bugünki keçirilən tədbir də dövlətimizin qayğısının davamıdır. Bildirilmişdir ki, bugünki tədbirdə M.Fizuli adına Ordubad şəhər tam orta İnternat Məktəbində təhsil alan 47 uşağa yun paltarlar hədiyyə olunacaqdır.
Sonra uşaqlara hədiyyələri təqdim olunmuşdur. Uşaqlardan Ordubad şəhər tam orta İnternat məktəbinin şagirdi Əmirov Ural göstərilən bu diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlığını bildirmişdir.
Əlavə olaraq bildirilir ki, bugün həmçinin muxtar respublikanın digər rayonlarında və Naxçıvan şəhərində də uşaqlara yun paltarlar hədiyyə olunmuşdur. Ümumilikdə 63 nəfər uşağa hədiyyə verilmişdir.