Görüş keçirilib

ÇapE-poçt

 

Naxçıvan Muxtar Respublikasına iki günlük səfər edən Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı Nümayəndəliyinin Uşaq Müdafiəsi Proqramının rəhbəri Vüqar Salmanov Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ilə görüşüb.
Görüşdə qonağı salamlayan Komitə sədri qeyd edib ki, ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Muxtar respublikada uşaq hüquqlarının qorunması və bu istiqamətdə görülən işlərin prioritetlər sırasında olduğu və ölkədə həyata keçirilən dövlət uşaq siyasətinin muxtar respublikada da uğurla həyata keçirildiyi bildirilib. R.Seyidova muxtar respublikada yaşayan uşaqlar o cümlədən, sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, tək valideynli uşaqların hüquqlarının qorunması ilə bağlı Komitə tərəfindən mütəmadi görülən işlər, aparılan monitorinqlər, maarifləndirici tədbirlər haqqında ətraflı məlumat vermiş və UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi ilə birgə əməkdaşlığın vacibliyini vurğulamışdır.
UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin Uşaq Müdafiəsi Proqramının rəhbəri Vüqar Salmanov ölkədə aparılan uşaq siyasəti və uşaqların müdafiəsi ilə bağlı UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi tərəfindən icra olunan layihələr haqqında məlumat vermiş, uşaqlarla bağlı mövcud problemlər müzakirə olunmuş, gələcək prespektivlər barədə fikir mübadiləsi aparılmışdır.

 

 

Joomla 1.5