Ahıllar Evində tədbir keçirilib

ÇapE-poçt

 


1 Oktyabr- Beynəlxalq Ahıllar Günü münasibətilə Şahbuz şəhərindəki Ahıllar Evində tədbir keçirilib.Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin əməkdaşı Naib Əlizadə çıxış edərək bildiriblər ki, muxtar respublikamızda ahıl insanlar dövlətin hər tərəfli dövlət qayğısı ilə əhatə olunur və bu qayğı ildən-ilə artmaqdadır. Qeyd olunub ki, muxtar respublikamızın ahıl sakinlərinə müxtəlif növ sosial xidmətlərin göstərilməsi, onların maddi-məişət şəraitlərinin yaxşılaşdırılması, cəmiyyətə inteqrasiya məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Ahıl insanların sağlamlıqlarının qorunması, tibbi reabilitasiyası da diqqət mərkəzində saxlanılır, onlar həkim müayinəsindən keçirilir. Bununla yanaşı, asudə vaxtlarlnın səmərəli təşkili üçün bir sıra tədbirlər, o cümlədən yaradıcılıq müsabiqələri, əl işlərindən ibarət sərgilər keçirilir, muxtar respublikanın tarixi və görməli yerlərinə gəzintilər təşkil olunur.
Tədbirdə Ahıllar Evinin sakinlərinə Komitə tərəfinfən hədiyyələr təqdim olunmuşdur. Göstərilən diqqət və qayğıya görə ahıllar öz minnətdarlıqlarını bildiribl

 

 

Joomla 1.5