Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupuna təlim keçirilib

ÇapE-poçt

 

2023-cü il 25 oktyabr tarixdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə rayon, şəhər icra hakimiyyətləri yanında yaradılmlış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qruplarının üzvləri üçün təlim keçirilib
Təlimi giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasınln Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinın sədri Ramilə Seyidova təlimin əhəmiyyətindən bəhs edərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunu”nun müvafiq bəndinə və Azərbaycan Rerspublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında” Sərəncamının müvafiq yarımbəndinə uyğun olaraq gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizminin yaradılması ilə bağlı tapşırıqlar verilmişdir. Bu məqsədlə cari il ərzində Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) icra hakimiyyətləri yanında məişət zorakılığının qarşısının alınmasına məsul olan dövlət orqanlarının nümayəndələrindən ibarət monitorinq qrupu yaradılmış və fəaliyyətə başlamışlar. Bildirilib ki, gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmi yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin effektivliyininin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılıq səbəblərinin araşdırılması, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi funksiyasını daşıyır.
R.Seyidova bildirib ki, bügünkü təlimdə gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinin hüquq və vəzifələri haqqında məlumat veriləcək, onları təlimləndirməklə cəmiyyətdə yaranacaq mənfi hal olan gender zorakılığı və uşaqlara qarşı zorakılıq məsələlərinin vaxtında profilaktikasını aparmaqla qarşısını almaq mümkün olacaqdır. Ona görə də bugünkü təlimin əhəmiyyəti çox böyükdür. Təlimin işinə uğurlar arzulayır, inanıram ki, bu təlimdən aid şəxslər yüksək səviyyədə yararlanacaq və aldıqları bilik və bacarıq nəticəsində cəmiyyətimiz üçün neqativ hal olan məişət zorakılığının aradan qaldırılmasında müsbət nəticələr əldə edəcəklər.
Sonra Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva təlimin keçirilməsində yaradılan şəraitə görə minnətdarlıq edib. "Məişət zorakılığından zərər çəkmiş şəxslərlə sosial işin aparılması prinsipləri" mövzusunda çıxış edərək bildirib ki, gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu beynəlxalq təcrübələrə əsaslanaraq yaradılan Azərbaycan modelidir. C.Rəhmətullayeva sosial işin vacibliyini vurğulayaraq qeyd edib ki, bu sahə Naxçıvan Muxtar Respublikasında yeni olduğuna görə daha böyük, daha geniş akademik səviyyədə olan işçi qüvvəsi yəni sosial işçi tələb olunur və pedaqoqların, müəllimlərin və psixoloqlar yaxşı sosial işçilərdir. Ümumiyyətlə açıq formada zorakılıq hallarının olmadığını qeyd edən aparat rəhbəri latent formada yəni gizli formada olan tərəflərini qeyd etdi. Eyni zamanda zorakılığın növlərini də vurğuladı. Zorakılığın ən ağır formalarından olan psixi propblemi olan insanların yaşatdıqları məişət zorakılıqlarıdır. Bunun qarşısının alınması üşün də zorakılıq baş verən ailələr araşdırılmalı, onların vəziyyəti analiz edilməlidir. Uşaq müəssisələrində çalışan işçilərin metod və davranış formalarının araşdırılıb nəzarətdə saxlanılmasının vacibliyini qeyd edən C.Rəhmətullayeva eyni zamanda Avropada ən yaxşı model kimi qəbul olunan “Barnauz” İslandiya modelinin müsbət tərəflərini təlim iştirakçılarının diqqətinə çatdırdi.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova "Məişət zorakılığının qarşısının alınması mexanizmləri" mövzusunda slayd vasitəsilə çıxış etdi. Çıxışında məişət zorakılığı və onun növləri, qanunun şamil edildiyi şəxslər, cinayət xarakterli olmayan məişət zorakılığı barədə şikayət və onların aparılması yerli icra hakimiyyəti orqanlarının qəbul etdiyi qərarlar, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində zorakılıqla bağlı təyin olunan cərimələr, təkrar zorakılıq, mühafizə orderi – qısamüddıtli və uzunmüddətli orderlərin təyin olunması, mühafizə orderi təyin olunduqdan sonra nəzarətin vacibliyi haqqında, eləcə də məişət zorakılığının qarşısını almaq üçün hüquqi, sosial xarakterli, qabaqlayıcı maarifləndirici tədbirlərin görülməsi, broşürlərin hazırlanması panellərin reklamı şərtdir. Eyni zamanda Yardım Mərkəzlərinin vacibliyi, orda qalma müddəti, təhlükəsizliyinin təmin olunmasını qeyd edən T.İbarahimova Məlumat Bankının əhəmiyyəti haqqında ətraflı məlumat verdi.
Babək Rayon İcra Hakimiyyəti başçısınin müavini Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupunun sədri Səbinə Abbasova Babək rayonunda müvafiq qrupun gördüyü işlər haqqında ətrafılı çıxış edib.
Təlimdə təlim iştirakçıları tərəfindən müvafiq məsələlər ilə bağlı geniş müzakirələr aparıldı, mövzu ilə bağlı maarifləndirici materiallar paylanıldı, təlim iştirakçıları gələcəkdə bu sahədə səmərəli fəaliyyət göstərəcəklərini bildiriblər.

 

 

Joomla 1.5