“Heydər Əliyev və ailə dəyərləri” mövzusunda film və foto müsabiqəsinin qalibləri mükafatlandırılıb

ÇapE-poçt

 


Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 2023-cü il 31 oktyabr tarixdə Naxçıvan Muxtar Respublikasının Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçıllığı ilə “Heydər Əliyev və ailə dəyərləri” mövzusunda film və foto müsabiqəsi qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyev, akademik Zərifə Əliyevanın və şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Ümummilli Lider Heydər Əliyevin zəngin mədəni irsini əks etdirən film nümayiş edilib.
Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək qeyd edib ki, Komitə tərəfindən keçirilən müsabiqələr artıq ənənə halını alıb. Bu gün təşkil edilən tədbir cari ildə elan edilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə “Heydər Əliyev və ailə dəyərləri” mövzusunda film və foto müsabiqəsi daha da önəm daşıyır. R.Seyidova bildirib ki, ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin, ailə, qadın və uşaq siyasətinin hərtərəfli inkişafına həmişə qayğı ilə yanaşan ümummilli lider ailənin cəmiyyətdəki rolunu xüsusi qeyd edərək deyirdi:”Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”.
Komitə sədri ailənin mahiyyətini, ailə üzvlərinin vəzifə və hüquqlarını xüsusi maddələrlə müəyyən edilməsində və bütün bu deyilənlərin müstəqil dövlətimizin əsas qanunu olan Konstitusiyada öz əksini tapmasında Ümummilli lider Heydər Əliyevin rolunun danılmazlığından bəhs edib.
Ulu Öndərin heç bir Azərbaycan ailəsinə laqeyd qalmadığını bildirən R.Seyidova Azərbaycanda ailə adətlərinin ləyaqətlə davam etdirilməsi üçün hər cür imkan və şəraiti yaratdığını, bu işdə dəstəyini xalqdan əsirgəmədiyini bildirib. Ümummilli lider Heydər Əliyevin tarixdə silinməz iz qoyan nəsil şəcərəsi, eləcə də özünün nümunəvi ailə tarixçəsi, onun müqəddəs ocağının layiqli davamçıları –Prezident İlham Əliyev və Birinci vitse –prezident Mehriban Əliyevnın ailəsi cəmiyyətimizə, xüsusən də gənclərə böyük örnəkdir.
Azərbaycan xalqının çox gözəl və zəngin milli ailə ənənələri, vətənpərvərlik dəyərləri mövcuddur. Bax elə bu vətənpərvərlik dəyərlərinin güclü olmasının nəticəsidir ki, 30 il işğal altında olan torpaqlarımız vətənpərvərlik ruhunda böyüyən igidlərin canı, qanı bahasına işğaldan azad olunub, öz müstəqilliyinə qovuşub.
Sonda R.Seyidova film və foto müsabiqəsinin qaliblərini təbrik edərək, onlara uğurlar arzulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Asəf Orucov müsabiqənin keçirilməsinin vacibliyindən, zəngin ailə dəyərlərindən bəhs edərək, müsabiqə qaliblərini təbrik edib.
Tədbir müsabiqə qaliblərinin diplom, hədiyyələlərlə mükafatlandırılması və qalib müsabiqə iştirakçısının təqdim etdiyi “Azərbaycana adanan ömür” filminin nümayişi ilə başa çatıb.

 

 

Joomla 1.5