Görüş keçirilib

ÇapE-poçt

 


Naxçıvan Muxtar Respublikasına beş günlük səfər edən Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) –Azərbaycandakı Nümayəndəliyinin Səhiyyə və Qidalanma proqramının rəhbəri Töhfə Cəmilova və Erkən uşaqlıq dövrü inkişaf konsultantı Yelena İsrafilova Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ilə görüşüb.
Görüşdə qonaqları salamlayan Komitə sədri qeyd edib ki, ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Muxtar respublikada uşaq hüquqlarının qorunması və bu istiqamətdə görülən işlərin prioritetlər sırasında olduğu və ölkədə həyata keçirilən dövlət uşaq siyasətinin muxtar respublikada da uğurla həyata keçirildiyi bildirilib. R.Seyidova muxtar respublikada yaşayan uşaqlar o cümlədən, sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, tək valideynli uşaqların hüquqlarının qorunması ilə bağlı Komitə tərəfindən mütəmadi görülən işlər, aparılan monitorinqlər, maarifləndirici tədbirlər haqqında ətraflı məlumat vermiş və UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi ilə birgə əməkdaşlığın vacibliyini vurğulamışdır.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun -UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin Səhiyyə və Qidalanma proqramının rəhbəri Töhfə Cəmilova, Erkən uşaqlıq dövrü inkişaf konsultantı Yelena İsrafilova erkən uşaq dövrü inkişaf yol xəritəsinin vacivliyindən muxtar respublikada fəaliyyət göstərən qurumların koordinativ formada fəaliyyətinin vacibliyindən, eyni zamanda valideynlərin, sosial işçilərin psixoloqların uşağın inkişafındakı rolundan, muxtar respublikada yaşayan valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud uşaqların vəziyyəti onlarla bağlı görülən işlərdən söhbət açılıb, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) –Azərbaycandakı Nümayəndəliyi tərəfindən icra olunan layihələr və keçiriləcək təlimlər haqqında məlumat verilib, uşaqlarla bağlı mövcud problemlər müzakirə olunmuş, gələcək prespektivlər barədə fikir mübadiləsi aparılıb.

 

 

Joomla 1.5