"Ailə, məktəb və cəmiyyət" mövzusunda maarifləndirici tədbir keçirilib

ÇapE-poçt

2023-cü il 27 noyabr  tarixdə Babək rayonunda  Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,  Babək Rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə "Ailə, məktəb və cəmiyyət" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri Babək Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi  Şəfa Babayeva  açaraq keçirilən tədbirin əhəmiyyətindən bəhs edib.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq şöbəsinin müdiri  Gülər  Əhmədova  bildirib ki, bu cür maarifləndirmə tədbirlərinin orta məktəblərdə keçirilməsinin əsas məqsədinin valideyn-məktəb-şagird münasibətlərini gücləndirmək, ailə mühitinin, məktəbin uşağın psixoloji durumuna təsirini öyrənmək, məktəb psixoloqlarının işinin gücləndirilməsi və daha səmərəli təşkil edilməsidir. Hər bir valideynin mütəmadi olaraq məktəblə sıx əlaqə qurmalı, şagirdin təlim-tərbiyəsi ilə maraqlanmalı, məktəbin idarə olunmasında iştirak etməli olduğunu qeyd edən G.Əhmədova valideyn övladının yalnız təlim fəaliyyəti, qiymətləri ilə yox, onun məktəb yoldaşları ilə münasibətini, maraqlarını, müəllimləri haqqında da fikirləri ilə maraqlanmağın vacibliyini də vurğulayıb.

Daha sonra mövzu ilə bağlı Babək Rayon Təhsil Şöbəsinin əməkdaşı,Gülzar Rüstəmova qeyd edib ki, bu gün təhsilin ən müxtəlif pillələrində bir yeniləşmə, canlanma hiss olunmaqdadır. Xüsusilə orta məktəblərimizdə aparılan dəyişikliklər təhsilimizin inkişafına, onun keyfiyyətinin yüksəlməsinə səbəb olmaqla yanaşı, müəllimlərimizin öz işlərinə daha yaradıcı şəkildə yanaşmasına, yüksək peşəkarlıq nümayiş etdirməsinə imkan yaradıb. Günün aktual məsələlərindən biri də valideyn-məktəb əməkdaşlığıdır. Bu məqsədlə bir sıra tədbirlərin həyata keçirilməsi çox böyük əhəmiyyət daşıyır.Orta məktəblərdə valideyn-məktəb-şagird münasibətlərini gücləndirmək, ailə mühitinin və məktəbin uşağın psixoloji durumuna təsirini öyrənmək hər zaman diqqətdə saxlanıldığını vurğulayıb.

Sonda məktəb psixoloqları, uşaq birliyi sədrləri və valideyn komitəsi sədrlərinin dusskusiya xarakterli fikir mübadiləsi olub, onları maraqlandıran suallar cavablandırılıb.

Joomla 1.5