Uşaq hüquqlarının qorunması və təbliği ilə bağlı maarifləndirici tədbir keçirilib

ÇapE-poçt

 

2023-cü il 28 noyabr tarixdə Naxçıvan şəhər 13 saylı tam orta məktəbdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi ilə birgə uşaq hüquqlarının qorunması və təbliği ilə əlaqədar maarifləndirici tədbir keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyətinin əməkdaşı Orxan Məhərrəmov tədbiri açaraq, əhəmiyyətini və vacibliyini vurğulayıb.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatın Uşaq şöbəsinin müdiri Gülər Əhmədova bildirib ki, bu cür maarifləndirmə tədbirlərinin orta məktəblərdə keçirilməsi vacibdir. G.Əhmədova qeyd edib ki, uşaq hüquqları — dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır.
Uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Bu gün, dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, uşaq ölçüsündə daha geniş əhatəli və böyüyərək, müdaxilə edilməsi daha çətin bir şəkildə iştirak etməkdədir. Uşaqların yeniyetmələrdən fərqli fiziki, fizioloji, davranış və xüsusiyyətləri olduğu, davamlı böyümə və inkişaf göstərdiyi şüurunun yerləşməsi, uşaqların baxımının bir cəmiyyət problemi olduğu və elmi yanaşmalarla hər kəsin bu məsuliyyəti yüklənməsi lazım olduğunu qeyd edən G. Əhmədova uşaqların fiziki və psixoloji cəhətdən müdafiəsiz və zəif olduqlarından onların xüsusi qayğı və münasibətə ehtiyacı olduğunu vurğulayıb.
Daha sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Güləmbər Nuriyevanın mövzu ilə bağlı çıxışı dinlənilib.
Tədbirdə şagirdlər dusskusiya xarakterli fikir mübadiləsi aparıb, onları maraqlandıran suallar cavablandırılıb.

 

 

Joomla 1.5