Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib. Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib.

ÇapE-poçt

 

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.
Azərbaycanın Dövlət Himni səsləndirilib.
Dövlətimizin başçısı İlham Əliyev Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla andı, məzarı üzərinə gül dəstələri qoyub.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzülüb

 

 

Joomla 1.5