Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi ilə bağlı "Təbliğat-100" layihəsi çərçivəsində "Sosial şəbəkələrin gələcəyimizə təsiri" mövzusunda maarifləndirici təlim keçirilib

ÇapE-poçt

 


2024-cü il 23 fevral tarixində Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə H.Cavid adına 5 saylı tam orta məktəbdə maarifləndirici təlim keçirilib.
Təlimi giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Orxan Məhərrəmov keçirilən təlimin vacibliyindən və əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli bildirib ki, müasir informasiya cəmiyyətinin xüsusiyyətlərindən biri informasiyanın bütün sahələrdə aparıcı rol oynamasıdır. Sözsüz ki, sivilizasiyanın inkişaf səviyyəsindən asılı olaraq kompüter və elektron texnologiyaların, internetin, o cümlədən sosial şəbəkələrin həyatımıza daxil olması hazırda insanların bu qurğularla paralel yaşamasına səbəb olub. Danılmaz faktdır ki, bu şəbəkələrin əsas istifadəçi kütləsi gənc nəslin nümayəndələridir. Bu səbəbdən də gündəlik həyatda sosial şəbəkələrin müsbət tərəfləri müşahidə edilsə də, kifayət qədər mənfi tərəfləri də var. Məqsəd burda gənc nəslə sosial şəbəkələrin müsbət tərəflərini dəyərləndirib o yöndə istifadə etməli olduqlarını çatdırmaqdır. Uşaqları sağlam şəkildə yetişdirmək üçün atılacaq təməl addımlardan ən birincisi, gələcəyə olan yatırımdır. İnformasiya bolluğu dövründə qarşıda duran ən vacib məsələnin uşaqları mümkün təhlükələrdən qorumaq olduğunu söyləyən E.Cahangirli bu mübarizədə ən təsirli silahın təbii immunitet çevrəsinin yaradılması, eləcə də təhsil və məlumatlılıq olduğunu qeyd edib.
Daha sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Gülənbər Nuriyevanın mövzu ilə bağlı çıxışı dinlənilib.
​Sonda təlim iştirakçılarının sualları cavablandırılıb və maarifləndirici broşürlər paylanılıb.

 

 

Joomla 1.5