Uşaqlara qış geyimləri verildi

ÇapE-poçt

Sosial qayğıya ehtiyacı olan uşaqlara qış geyimlərinin verilməsi ilə əlaqədar tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək qeyd ediblər ki, Naxçıvan Muxtar Respublikasında uşaqlarla bağlı dövlət siyasəti uğurla həyata keçirilir. Muxtar respublikamızda yaşayan uşaqlar, o cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrdən olan uşaqlar daim diqqət mərkəzində saxlanılır, onların sağlamlığının qorunmasına, təhsilinə, təlim-tərbiyəsinə xüsusi diqqət və qayğı göstərilir. Həmçinin onların yüksək mənəvi mühitdə, milli dəyərlər əsasında tərbiyəsi, təhsil alaraq layiqli şəxsiyyət kimi yetişməsi dövlətin diqqət mərkəzində saxlanılır, sosial vəziyyətlərinin yaxşılaşması üçün tədbirlər görülür.

Sonra uşaqlara qış geyimləri təqdim olunmuşdur.

Tədbirdə iştirak edən valideyn Oktyabrski Mahirə göstərilən diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlığını bildirib.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən hər iki valideynini itirmiş 46 uşaq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud 278 uşaq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən isə aztəminatlı ailələrdən olan 70 uşaq olmaqla, ümumilikdə, 394 uşaq qış geyimi ilə təmin olunmuşdur.

Həmin gün muxtar respublikanın rayonlarında da analoji tədbirlər keçirilmişdir.

Joomla 1.5