Muxtar respublikada uşaq hüquqları qorunur

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsi və hərtərəfli bərqərar edilməsi, həmçinin uşaqların mənafelərinin qorunması istiqamətində kompleks tədbirlər görülür.

Belə ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2024-cü il 24 fevral tarixdə Kəngərli rayonunun Xok kənd sakini 2008-ci il təvəllüdlü Məmmədova Xatirə Məmməd qızının (ad şərtidir) Xok kənd sakini 2002-ci il təvəllüdlü Həsənov Həsən Hüseyn oğlu (ad şərtidir) tərəfindən qaçırılması barədə məlumat əldə etmişdir. Komitə tərəfindən məsələyə dərhal reaksiya verilərək qanunamüvafiq araşdırılması və Məmmədova Xatirənin (ad şərtidir) ailəsinin yanına qaytarılması istiqamətində Kəngərli Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya və rayon Polis Şöbəsinin aid əməkdaşları ilə birgə tədbirlər görülmüş, müvafiq ünvana baxış keçirilmiş, hər iki tərəfin valideynlərinin də iştirakı ilə qanunvericiliyin tələblərinə uyğun söhbət aparılaraq yetkinlik yaşına çatmayan Məmmədova Xatirə Məmməd qızı (ad şərtidir) ailəsinin yanına qaytarılmışdır.

Əziz və hörmətli valideynlər!

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir daha diqqətinizə çatdırır ki, qanunazidd olan bu kimi halların baş verməsində biləvasitə yaxud dolayısı ilə iştirak edən şəxslər qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyətə cəlb ediləcək və belə hallara qarşı adekvat cavab verilərək, qarşısı qətiyyətlə alınacaqdır.

Joomla 1.5