15.11.18 16:54
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmişdir.
İclasda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri Könül Babayeva çıxış edərək bildirmişdir ki, Həmkarlar İttifaqı Komitəsi qanunvericiliyə əsaslanaraq işçilərin iş rejiminə, onların istirahət vaxtının təmin edilməsinə, hüquqlarının qorunmasına və sosial müdafiəsinin təmin olunmasına nəzarət edir. Həmçinin, mütəmadi olaraq Həmkarlar İttifaqının iştirakı ilə muxtar respublikada yaşayan sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrin uşaqlarının, orta və ali ixtisas təhsili müəssisələrinin tələbələrinin, əlillərin, dövlət qulluqçularının Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilir. Eyni zamanda işçilərin qanunda nəzərdə tutulan əlavə iş şəraiti və əməyin ödənilməsi, hüquq və sosial xidmətlərin gücləndirilməsi haqqında sənədlərə uyğun və işəgötürən tərəfindən müəssisə işçilərinə veriləcək təminatlar və bir sıra güzəştlər nəzərdə tutulur.
Qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Həmkarlar İttifaqı Komitəsinin iclasının keçirilməsinin məqsədi Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Həmkarlar İttifaqı Komitəsinin sədr müavinin seçilməsi və Komitənin uşaq problemləri şöbəsinə yeni təyin olunmuş işçinin Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Həmkarlar İttifaqı Komitəsinə üzv qəbul olunmasıdır.
Gündəlikdə olan məsələlərlə bağlı təkliflər irəli sürülmüş, irəli sürülən təkliflər səsə qoyulmuş və qərar qəbul edilmişdir.
İclasın sonunda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri Könül Babayeva Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Həmkarlar İttifaqı Komitəsinə yeni seçilmiş sədr müavinini və üzvünü təbrik etmiş, Həmkarlar İttifaqı Komitəsinin bütün üzvlərinə işlərində uğurlar arzulamışdır.