Aztəminatlı ailəyə baş çəkilib

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində yaşayan aztəminatlı Həsənovlar ailəsinə baş çəkilib.

Ailə ilə görüş zamanı aid təşkilatların əməkdaşları qeyd ediblər ki,  muxtar respublikada sosial müdafiəyə ehtiyacı olan bütün kateqoriyalı ailələrə, o cümlədən aztəminatlı ailələrə hər zaman qayğı ilə yanaşılır, onların problemlərinin həlli diqqət mərkəzində saxlanılır. Belə ki, əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması, aztəminatlı ailələrə ödənilən müavinətlərin ildən-ilə artırılması, onların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər və bu günkü tədbirin keçirilməsi müvafiq ailələrə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Tədbirdə aztəminatlı ailənin yaşayış şəraiti ilə maraqlanılıb, ailə üzvlərinə səyyari tibbi xidmət göstərilib, onlara ərzaq payı və tibbi ləvazimatlar verilib.

Ailənin üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Joomla 1.5