Dövlət qulluqçuları Ağbulaq İstirahət Mərkəzində olublar

ÇapE-poçt

Ağbulaq İstirahət Mərkəzində dövlət qulluqçularının növbəti dəfə istirahəti təşkil edilmişdir. Belə ki, dekabrın 22-23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Nəqliyyat Xidməti, Ağır Cinayətlər Məhkəməsi, İnzibati-İqtisadi Məhkəmə, Hərbi Məhkəmə, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi, “Naxçıvanqaz” İstehsalat Birliyi və Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi əməkdaşlarının və ailə üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təmin olunmuşdur. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  əməkdaşları ailə üzvləri ilə birlikdə 18 nəfər olmaqla mərkəzdə  istirahət etmişlər.

İstirahət müddətində dövlət qulluqçuları mərkəzlə yaxından tanış olmuş, müxtəlif idman oyunlarında iştirak etmiş, Şahbuz rayonunun musiqi kollektivlərinin onlar üçün təşkil etdiyi maraqlı konsert proqramına baxmışlar ki, bu da onların daha mənalı istirahəti üçün şərait yaratmışdır. Yaradılan şərait, dövlət qulluqçularına göstərilən diqqət və qayğı sayəsində komitə əməkdaşları yüksək əhval-ruhiyyə ilə mərkəzdən ayrılmışlar.

Joomla 1.5