Muxtar respublikada yaşayan uşaqlar hər il olduğu kimi 2019-cu ildə də dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.

ÇapE-poçt

Onların qanunla müəyyən olunmuş hüquq və mənafelərinin müdafiəsi ötən il ərzində diqqət mərkəzində saxlanılıb və bu sahədə ardıcıl tədbirlər görülüb. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində yaşamasının təmin olunması məqsədilə 2019-cu il ərzində 9 uşaq qəyyumluq və himayəyə verilib, həmin uşaqların evlərində monitorinqlər təşkil olunub, yaşayış şəraitləri öyrənilib, zəruri ehtiyacları üçün lazımi köməklik göstərilib. Dövlətin göstərdiyi diqqət və qayğının nəticəsidir ki, 2019-cu il ərzində ümumtəhsil məktəblərini bitirmiş həmin uşaqlardan 4-ü ali məktəblərə qəbul olub. Bundan əlavə, bayram günlərində və tədbirlərdə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün, sağlamlıq imkanı məhdud, şəhid və aztəminatlı ailələrdən olan 1006 uşağa hədiyyə və sovqatlar verilib ki, bu da ötən illə müqayisədə 286 uşaq çoxdur. 15 Sentyabr - Bilik Günü ilə əlaqədar xüsusi qayğıya ehtiyacı olan 379 uşaq məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi ilə təmin olunublar. Həmçinin ötən il ərzində 6 uşaq övladlığa verilib ki, bu da əvvəlki illə müqayisədə 5 uşaq azdır.

Joomla 1.5