Xəbərlər

Toxuculuq təlimləri davam edir

ÇapE-poçt

21.06.21 16:11

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Babək Rayon İcra Hakimiyyəti tərəfindən 2021-ci il iyun ayının 21-də qədim toxuculuq sənətinin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırlmasına kömək etmək məqsədilə rayonda yaşayan müvafiq kateqoriyadan olan qadınlar arasında toxuculuq peşəsinin öyrənilməsi ilə bağlı növbəti təlim keçirilmişdir.

Ardını oxu...

 

Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib

ÇapE-poçt

18.06.21 17:07

Muxtar respublikada enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev deyibdir: “Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”.

Ardını oxu...

 
 

Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib

ÇapE-poçt

17.06.21 15:17

İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 21-ci buraxılışı münasibəti ilə tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.

Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə mərasimə hazırlıq barədə raport vermişdir.

Ali Məclisin Sədri kursantları salamlamışdır.

 

Ardını oxu...

 
 

Muxtar respublikada uşaq hüquqlarının qorunması ilə bağlı monitorinqlər davam etdirilir

ÇapE-poçt

17.06.21 15:00

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən 2021-ci il 17 iyun tarixdə Naxçıvan şəhərində fəaliyyət göstərən 5 nömrəli Uşaq Bağçasında növbəti monitorinq keçirilmişdir. Monitorinq zamanı uşaq hüquqlarını əhatə edən bütün sahələr yoxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması istiqamətində monitorinqləri bundan sonra da davam etdirəcəkdir.

 
 

Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkı yaradılır -

ÇapE-poçt

16.06.21 17:04

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2020-ci il dekabrın 14-də “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncam imzalayıb, müvafiq dövlət qurumları qarşısında Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı tapşırıqlar qoyulub.

Ardını oxu...

 
 

Səhifə 171 > 402-dən

Joomla 1.5