Xəbərlər

20 noyabr-Ümumdünya Uşaq Günü münasibəti ilə tədbir keçirilib

ÇapE-poçt

21.11.21 10:34

Əvvəlcə tədbirin aparıcıları bu günün tarixi haqqında qısaca olaraq məlumat verərək bildirmişlər ki, uşaqların rifahı naminə və onların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə 1959-cu il noyabrın 20-də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi Uşaq Hüquqları Bəyannaməsini, 1989-cu il noyabr ayının 20-də 54 maddədən ibarət Uşaq Hüquqları Konvensiyasını qəbul etmişdir.

Ardını oxu...

 

"Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində "Ailə təsərrüfatı məhsulları"nın satış yarmarkası çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sərgi-satış təşkil edilib.

ÇapE-poçt

20.11.21 20:26

Bildirilir ki,"Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində "Ailə təsərrüfatı məhsulları"nın satış yarmarkası çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən qadınların rəsm və əl işləri eləcə də, istehsal etdikləri ailə təsərrüfatı məhsullarının satışı təşkil olunmuşdur. Satışda sərmayə kapitalı alan 15 ailə təsərrüfatçısı qadının 970 adda müxtəlif növdə ailə təsərrüfatı məhsulları, o cümlədən 12 litr alma sirkəsi, 42 kiloqram süd və 218 kiloqram ərzaq məsulları sərgi-satışa çıxarılmışdır.

Ardını oxu...

 
 

Muxtar respublikada uşaqlarla bağlı müsbət statistika aparılan uğurlu sosial siyasətin göstəricisidir

ÇapE-poçt

20.11.21 13:13

Uşaqlar dövlətin ən qiymətli sərvətidir. Ona görə dövlət tərəfindən bu qiymətli sərvəti qorumaq, onun təhsilinə, təlim-tərbiyəsinə, mənəvi-psixoloji vəziyyətinə, sağlamlığına, eləcə də layiqli vətəndaş kimi yetişmələrinə hərtərəfli şərait yaradılır.

Ardını oxu...

 
 

20 noyabr Ümumdünya Uşaq Hüquqları Günüdür

ÇapE-poçt

20.11.21 12:53

Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.

Heydər Əliyev

Azərbaycan xalqının ümummilli lideri

İnsan hüquqlarının müdafiəsi sahəsində xüsusi diqqət cəlb edən məsələlərdən biri məhz uşaq hüquqlarının müdafiəsidir. Uşaq hüquqları ümumbəşəri dəyərlərdir. Elə bu səbəbdən də uşaqların fərqli fiziki, fizioloji, davranış və xüsusiyyətləri olduğu, davamlı böyümə və inkişaf göstərdiyi, hərtərəfli yetişməsinin bir cəmiyyət problemi olduğu və elmi yanaşmalarla hər kəsin bu məsuliyyəti yüklənməsinin vacibliyi nəzərə alınaraq 1959-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi “Uşaq Hüquqları Bəyannaməsini” qəbul etdi.

Ardını oxu...

 
 

Muxtar respublika bələdiyyələrinə yeni kommunal təyinatlı texnikalar verilib

ÇapE-poçt

19.11.21 18:48

Yaşayış məntəqələrində kommunal xidmətlərin yaxşılaşdırılması, məişət tullantılarının yığılması və daşınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, bələdiyyələr üçün müasir tələblərə cavab verən kommunal təyinatlı texnikalar alınır. Yeni texnikalardan istifadə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəltməklə yanaşı, ekoloji-sanitar mədəniyyətin formalaşmasına da böyük təsir göstərir.

 

Ardını oxu...

 
 

Səhifə 140 > 401-dən

Joomla 1.5