Xəbərlər

Muxtar respublikada ailə, qadın və uşaq hüquqları qorunur

ÇapE-poçt

04.10.21 18:46

Ötən ay Şərur rayonunun Kərimbəyli kəndində yaşayan çoxuşaqlı xüsusi qayğıya ehtiyacı olan Babayevlər ailəsinə baş çəkilmiş, onların problemləri ilə maraqlanılmış, ailəyə ehtiyaclarına uyğun köməklik göstərilmişdir.

Ardını oxu...

 

01 oktyabr - Beynəlxalq Ahıllar Günü ilə bağlı Şahbuz şəhərindəki Ahıllar Evində tədbir keçirilmişdir.

ÇapE-poçt

02.10.21 10:28

Muxtar respublikada cəmiyyətin hər bir üzvünə olduğu kimi ahıl vətəndaşlara da hərtərəfli diqqət və qayğı göstərilir. Bu məqəsədlə  Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 01 oktyabr - Beynəlxalq Ahıllar Günü ilə bağlı Şahbuz şəhərindəki Ahıllar Evində tədbir keçirilmişdir.

Ardını oxu...

 
 

Babək rayonunun Araz kəndində yeni sosial obyektlər istifadəyə verilib

ÇapE-poçt

01.10.21 19:41

Bu gün Naxçıvan Muxtar Respublikası yeni inkişaf dövrünü yaşayır. Ümummilli lider Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, sosial-iqtisadi inkişaf təmin edilmiş, aparılan quruculuq işləri muxtar respublikanın simasını dəyişmişdir. Artıq kompleks abadlaşan kəndlər Naxçıvanın müasir inkişaf göstəricisinə çevrilmişdir. İnsan amilinə xidmət edən bu tədbirlərin davamı olaraq Babək rayonunun Araz kəndində də geniş quruculuq işləri aparılmış, sakinlərin rahat yaşayışına xidmət edən müasir sosial obyektlər inşa olunmuşdur.

Araz kənd məktəbində hərtərəfli tədris şəraiti yaradılıb

Oktyabrın 1-də - Müəllimlər Günü ərəfəsində Araz kənd ümumi orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 88 şagird yerlik məktəbdə 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, şahmat sinfi, kompüter, psixoloq və müəllimlər otaqları, STEAM kabinəsi, kitabxana və idman zalı yerləşir. Kitabxana fondunda 1840 kitab vardır. STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter, 3D printer quraşdırılmış, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təchiz edilmişdir. Şagirdlərin hazırladıqları “Təmassız tullantı qutusu” və “Avtomatik suvarma sistemi” layihələri təqdim edilmişdir.

Müəllim Mirvari Qurbanova demişdir: “Məktəbimizdə STEAM təlim metodunun tətbiqi, STEAM kabinəsinin yaradılması müəllimlərə müasir metodlarla işləməyi öyrətməklə yanaşı, şagirdlərin yeni texnologiyaları mənimsəməsinə, tədrisdə yeni təlim üsullarının tətbiqinə və inkişafına geniş imkanlar yaradır. Bu, layihə əsaslı öyrənmə və fənlərarası əlaqə yaradan bir təhsil sistemidir. STEAM təhsil metodunda ənənəvi yanaşmadan fərqli olaraq, uşaqlar praktik üsullardan istifadə edərək öyrənirlər. Bu vasitə ilə daha yaxşı qavrayır, robot yaratmaqla, kodlaşdırmaqla və yaxud hər hansı layihəni tətbiq etməklə riyaziyyat, fizika, kimya və biologiya elmlərinin dərinliklərini dərk edirlər. Bu yanaşma ilə yetişən şagirdlər gələcəkdə yeniliklər edə bilir, düşünən, yaradan və sağlam təfəkkürlü bir nəsil kimi formalaşır”.
Məktəbdə internetə çıxışı olan 12 kompüter və 3 elektron lövhə quraşdırılmışdır. Ali Məclisin Sədri elektron lövhəli sinifdə Ədəbiyyat Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Nizami Gəncəvi-880” mövzusunda keçirilən interaktiv dərsi izləmişdir.
Məktəbin kimya-biologiya və fizika laboratoriyalarında ən müasir avadanlıqlar quraşdırılmışdır. Şagirdlər keçirilən təcrübələrdə iştirak etməklə bu sahədə biliklərini daha da möhkəmləndirəcəklər.

Ardını oxu...

 
 

Babək rayonunun Araz kəndində yeni sosial obyektlər istifadəyə verilib

ÇapE-poçt

01.10.21 19:35

Bu gün Naxçıvan Muxtar Respublikası yeni inkişaf dövrünü yaşayır. Ümummilli lider Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, sosial-iqtisadi inkişaf təmin edilmiş, aparılan quruculuq işləri muxtar respublikanın simasını dəyişmişdir.

Ardını oxu...

 
 

Monitorinq keçirilib

ÇapE-poçt

01.10.21 17:36

Muxtar respublikada qadınlara, o cümlədən qadın sahibkarlığına göstərilən qayğının nəticəsidir ki, qadınların özünüməşğulluq mövqeyi güclənir, iqtisadi potensiallarının artırılması istiqamətində mühüm işlər həyata keçirilir.

Ardını oxu...

 
 

Səhifə 151 > 401-dən

Joomla 1.5