Xəbərlər

Prezident Naxçıvanın ictimai həyatında fərqlənən qadınları təltif etdi

ÇapE-poçt

06.03.21 15:55

 

Prezident İlham Əliyev martın 6-da Azərbaycan qadınlarına fəxri adların verilməsi və Azərbaycan qadınlarının təltif edilməsi haqqında Sərəncamlar imzalayıb.
Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının ictimai həyatında fərqlənən qadınlarda vardır.
Prezidentin Sərəncamı ilə Firudinbəyova Əfruz Şükür qızı “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə, Quliyeva Ülkər Hüseyn qızı isə “Tərəqqi” medalı ilə təltif ediliblər.

 

 

 

Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

ÇapE-poçt

06.03.21 15:53

Azərbaycan qadınları milli varlığımızı özündə əks etdirən mədəni dəyərlərimizin əsrlərdən bəri bir bütöv halında qorunub saxlanılmasında misilsiz xidmətlər göstərmiş və həmişə cəmiyyətimizin etibarlı mənəvi dayağı olmuşlar.

Ardını oxu...

 
 

Aztəminatlı ailələr diqqətdə saxlanılır

ÇapE-poçt

04.03.21 12:12

Muxtar respublikada həyata keçirilən uğurlu sosial siyasətin prioritet istiqamətlərindən biri vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluqlarının təmin olunması, sosial yönümlü layihələrdə iştirakı, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasıdır.

Bu məqsədlə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və müvafiq rayon və şəhər icra hakimiyyətlərinin təşkilatçılığı ilə mütəmadi olaraq aztəminatlı ailələrə baş çəkilir, problemləri ilə maraqlanılır, həlli yolunda müvafiq tədbirlər görülür. Həyata keçirilən növbəti tədbirlərdən biri də 2021-ci il 03 mart tarixində Şərur rayon Yengicə kəndində yaşayan aztəminatlı Süleymanovlar ailəsində baş tutub.

Tədbirdə iştirak edən təşkilatların əməkdaşları bildirmişlər ki, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi, yoxsulluğun azaldılması istiqamətində muxtar respublikada ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bütün kateqoriyadan olan ailələr kimi aztəminatlı ailələr də daim dövlətin dəstək və himayəsi ilə əhatələniblər. Belə ki, ailələrin həyat və məişət şəraitlərinin yüksəldilməsi üçün ailələrin nümayəndələri ilə vaxtaşırı görüşlər təşkil edilir, onların məişət və digər problemləri ilə maraqlanılır, mənəvi cəhətdən dəstək göstərilir.

Sonda ailəyə ehtiyaclarına uyğun koməklik göstərilib.

Aztəminatlı ailənin üzvü dövlətimiz tərəfindən onlara göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

 
 

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

ÇapE-poçt

02.03.21 20:28

 

"2021-ci ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yaradılmasının 50 illiyi tamam olur
Naxçıvanda rəssamlıq sənəti böyük inkişaf yolu keçmişdir. Tarixi Gəmiqaya təsvirlərindən başlayan Naxçıvan rəssamlıq sənəti XII əsrdən etibarən memarlıq məktəbinin təsiri ilə inkişaf etmişdir. XX əsrin əvvəllərində Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərli Naxçıvan rəssamlıq məktəbinə yeni ictimai məzmun qazandırmış, onu forma və təsvir vasitələri ilə zənginləşdirmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin himayəsi ilə 1971-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı, 2000-ci ildə isə həmin təşkilatın bazasında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yaradılmışdır. Müstəqillik illərində muxtar respublikada rəssamlıq sənətinin inkişafı ilə bağlı ardıcıl tədbirlər görülmüş, Rəssamlar Birliyi yeni bina və emalatxana ilə təmin edilmiş, birlik üzvlərinin yaradıcılıq imkanları genişləndirilmiş, Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi və Rəssamlar Parkı yaradılmış, ali təhsil müəssisələrində müvafiq ixtisaslar açılmışdır.
Bu gün tariximizin və milli dəyərlərimizin təbliği, günümüzün real mənzərəsinin yaradılması və vətənpərvərlik tərbiyəsi Naxçıvan rəssamlarının yaradıcılığında əsas yer tutur.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, Rəssamlar Birliyinin muxtar respublikanın ictimai-mədəni həyatındakı rolunu nəzərə alaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyi qeyd edilsin.
2. “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin".

 

 

 
 

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar dövlətin diqqət mərkəzindədir

ÇapE-poçt

27.02.21 17:05

Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi uşaq hüquqlarının qorunması istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Muxtar respublikada bütün kateqoriyadan olan uşaqlara, o cümlədən hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən il ərzində müvafiq uşaqların yaşadıqları evlərə baş çəkilir, problem və qayğıları araşdırılır və həlli istiqamətində aidiyyəti üzrə tədbirlər görülür.

Görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu və Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının üzvü ilə birlikdə 2021-ci il 27 fevral tarixdə Naxçıvan şəhəri 54-cü məhəllə, döngə 4, ev 15 ünvanında yaşayan hər iki valideynini itirmiş Turabova Şərmin Məmməd qızı, Turabova Zərifə Məmməd qızı, Naxçıvan şəhəri 6-cı küçə, döngə 3, ev 27 ünvanında yaşayan Məmmədli Sevgi Mətləb qızı, Naxçıvan şəhər Tumbul kənd inzibati ərazi dairəsində yaşayan valideyn himayəsindən məhrum Ak İnci Cəmil qızı olmaqla ümumilikdə 4 uşağın yaşadığı evdə monitorinq keçirilmişdir. Monitorinq zamanı məlum olmuşdur ki, müvafiq uşaqlar aidiyyəti üzrə himayə və qəyyumluğa verilmişdir. Monitorinq zamanı uşaqların sağlamlığı, eləcə də mənzil və yaşayış, tərbiyə və təhsil şəraitləri, sosial vəziyyətləri yoxlanılmış, qəyyum, himayədar və uşaqlar ilə geniş söhbətlər aparılmış, hüquq pozulması hallarına rast gəlinməmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması istiqamətində  monitorinqləri bundan sonra da davam etdirəcəkdir.

 
 

Səhifə 199 > 402-dən

Joomla 1.5