Xəbərlər

Kəngərli rayonunda sanitar-gigiyenik vəziyyətlə bağlı maarifləndirici seminar keçirilib

ÇapE-poçt

18.02.21 17:54

Kəngərli rayon Mədəniyyət Sarayında rayon üzrə fəaliyyət göstərən uşaq müəssisələrinin, o cümlədən ümumtəhsil məktəbləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin sanitar-gigiyenik vəziyyəti ilə bağlı maarifləndirici seminar keçirilmişdir. Tədbirdə Kəngərli rayonunda fəaliyyət göstərən uşaq müəssisələrinin metodist, tibb bacısı və müvafiq sahəyə məsul olan digər şəxsləri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Kəngərli Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşı Kənan Məmmədov tədbirin mahiyyəti və əhəmiyyəti barədə seminar iştirakşılarına ətraflı məlumat vermişdir.
Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev tədbirin keçirilməsinin zəruriliyindən bəhs edərək bildirmişdir ki, muxtar respublikada dövlət uşaq siyasətinin inkişaf göstəricilərini, məktəbəqədər müəssisələr, ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələrdən, eləcə də onların maddi-texniki təminatından, müasir tipli infrastrukturlarından real şəkildə müşahidə edə bilərik. Bu müəssisələrin fəaliyyətə başlaması və fəaliyyətinin təmin olunması ilə yanaşı bu gün onların saxlanılma şəraiti, eləcə də sanitar-gigiyenik normalara əməl olunması əsas şərtlərdəndir.
 

Yeni həkim ambulatoriyası kənd sakinləri ilə yanaşı, turistlərə də xidmət göstərəcək

ÇapE-poçt

17.02.21 19:22

Səhiyyənin inkişafı ölkəmizdə dövlət siyasətinin əsas prioritetlərindəndir. Muxtar respublikamızda da müasir səhiyyə infrastrukturu və kadr təminatı tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. İnsan amilinə verilən dəyərin ifadəsi olan bu tədbirlər muxtar respublikanın bütün yaşayış məntəqələri kimi, ucqar dağ kəndlərini də əhatə edir. Turizm bölgəsi olan Ağbulaqda inşa olunan yeni həkim ambulatoriyası kənd sakinləri ilə yanaşı, turistlərə də müasir səhiyyə xidməti göstərəcək.

Fevralın 17-də Ağbulaq kəndində həkim ambulatoriyası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ambulatoriyada səhiyyə xidmətinin təşkili ilə maraqlanıb.

Ardını oxu...

 
 

Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib

ÇapE-poçt

17.02.21 19:18

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: "Turizm sahəsi həm regionların inkişafı, həm də ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir". Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, turizm sektorunda da sürətli inkişafa nail olunub. Şahbuz rayonunun Ağbulaq kəndi ölkəmizdə kompleks turizm infrastrukturunun tətbiq olunduğu ilk kənddir. Əlverişli təbii-coğrafi şəraiti burada turizmin bir çox növünün inkişafına imkan verir. “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülüb, Ali Məclis Sədrinin 2018-ci il 29 noyabr tarixli Sərəncamı ilə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılıb.

Fevralın 17-də Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib.

Ardını oxu...

 
 

Naxçıvan Dövlət Universitetində yeni mərkəz, kabinə və laboratoriyalar yaradılıb

ÇapE-poçt

15.02.21 19:44

Fevralın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  Sədri Vasif Talıbov Naxçıvan Dövlət Universitetində yeni yaradılmış mərkəz, kabinə və laboratoriyalara baxıb.

Bildirilmişdir ki, Ali Məclis Sədrinin tapşırığı ilə Beynəlxalq münasibətlər və hüquq fakültəsində “Diplomatiya Mərkəzi” və “Kriminalistika” laboratoriyası, Pedaqoji fakültədə “Texnologiya mərkəzi” və “Atıcılıq mərkəzi”, Memarlıq və mühəndislik fakültəsində “Robototexnika” laboratoriyası, Tibb fakültəsində “Əczaçılıq Simulyasiya” kabinəsi və Sosial Xidmət Mərkəzində “Yaşıl Əczaxana” yaradılmışdır.

 

Ardını oxu...

 
 

Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin yeni tədris korpusu istifadəyə verilib

ÇapE-poçt

15.02.21 19:40

Ümummilli liderimiz Heydər Əliyev demişdir: "Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis danışmalıdır. Və bu dili sevməlidir. Bununla yanaşı, biz çalışmalıyıq ki, məktəblərimizdə, universitetlərimizdə gənclərimiz bir neçə dil öyrənsinlər. Biz artıq dünyaya qovuşmuşuqsa, dünya birliyinə daxil olmuşuqsa, gərək insanlarımız bir neçə dil bilsinlər". Ulu öndərin ideyaları ölkəmizdə, eləcə də muxtar respublikada uğurla həyata keçirilir, təhsil müəssisələrində xarici dillərin tədrisi və öyrənilməsi diqqətdə saxlanılır.

Fevralın 15-də Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin yeni tədris korpusu istifadəyə verilib.

 

Ardını oxu...

 
 

Səhifə 201 > 402-dən

Joomla 1.5