Xəbərlər

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının mövcud vəziyyəti ilə əlaqədar iclas keçirilib

ÇapE-poçt

28.01.21 19:01

İclasda Komitə sədri Ramilə Seyidova çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında əhalinin 165 min 228-ni və ya 36%-ni təşkil edən uşaqlarla bağlı dövlət siyasəti uğurla həyat keçirilir. Belə ki, uşaqların hüquqlarının və sağlamlıqlarının qorunması, sosial müdafiəsinin gücləndirlirməsi, onların təhsili, intellektual, fiziki və psixoloji inkişafının təmin edillməsi, hərtərəfli şəxsiyyət kimi formalaşması ilə əlaqədar məqsədyönlü tədbirlər həyata keçirilir. Həmçinin müvafiq sahə ilə bağlı mütamədi olaraq qanunvericilik bazası təkmiləşdirlir, dövlət proqramları qəbul olunur.

 

Ardını oxu...

 

Azərbaycan Sahibkarlar Konfederasiyasının “Biznes Həyatı” dövrü jurnalının 26-cı nömrəsində Komitənin şöbə müdiri Tarverdi Məmmədovun “Qadın sahibkarlara güclü dövlət dəstəyi göstərilir” mövzusunda məqaləsi dərc edilmişdir

ÇapE-poçt

26.01.21 19:14

Məqalədə qeyd olunmuşur ki, ölkəmizdə əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, dayanıqlı iqtisadi inkişafa nail olunması, bütün sahələrdə gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin əsas tərkib hissəsidir.  Xüsusən də qadınların iqtisadi potensialının artırılması, məşğulluq səviyyəsinin yüksəldilməsi, sahibkarlığın inkişafı kimi prioritet məqsədlər bu gün ölkəmizin daim diqqətində saxladığı məsələlərdəndir.

Ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında dövlət qadın siyasətinin ugurla həyata keçirilməsinin nəticəsidir ki, qadınların cəmiyyətdə rolu daha da yüksəlir, fəaliyyətləri genişləndirilir. Muxtar respublikada da qadın sahibkarlara güclü dövlət dəstəyi göstərilir, onların ilkin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir.

Ardını oxu...

 
 

İ.M.Hacıyevin “Şöhrət” ordeni ilə təltif olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

ÇapE-poçt

23.01.21 15:59

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda elmin inkişafında xidmətlərinə görə İsmayıl Muxtar oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilsin".

 

 

 
 

“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

ÇapE-poçt

21.01.21 19:11

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında elm sahəsində səmərəli fəaliyyətinə görə Hacıyev İsmayıl Muxtar oğlu “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilsin.

Vasif TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 21 yanvar 2021-ci il

 
 

"Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

ÇapE-poçt

21.01.21 18:53

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
3. Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının tərkibi” təsdiq edilsin.
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

 

 
 

Səhifə 207 > 402-dən

Joomla 1.5