12.02.21 13:58
“Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlarla bağlı qanunvericilik sistemində yeni təminatların təsbit edilməsi dövlətin uşaqlara olan diqqətinin göstəricisi olmaqla yanaşı, həm də onların cəmiyyətə inteqrasiyasına təkan verən amildir.
Naxçıvan Muxtar Respublikasında da uşaqlara göstərilən hərtərəfli qayğı həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən birini təşkil edir. Uşaqlara xidmət edən təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələrin sayı ildən-ilə çoxalır, irimiqyaslı infrastruktur layihələri icra edilərkən uşaqların mənafelərinin təmin olunması ön planda tutulur. Onlara göstərilən bu diqqət muxtar respublikada gələcək sağlam cəmiyyətin möhkəm təməllər üzərində qurulmasından xəbər verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “O cəmiyyət möhkəmdir ki, o dövlət inkişaf edərək irəli gedir ki, o xalq xoşbəxt gələcəyə malikdir ki, orada uşaqlara qayğı var”.
Naxçıvanda uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə müxtəlif Dövlət proqramlarının qəbul edilməsi bu sahədə yeni nailiyyətlərin qazanılmasına imkan verir. 2014- 2015-ci illəri əhatə edən müvafiq proqramın icrası başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi görülən işlərin davamlı xarakter almasına səbəb olmuşdur. Proqramın məqsədi sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin edilməsi, inklüziv təhsilə keçid imkanlarının artırılması, məsafədən təhsilin əhatə dairəsinin genişləndirilməsindən ibarət olmuş və ötən müddətdə bu məqsədlərə nail olmaq üçün müəyyən edilmiş tədbirlər uğurla həyata keçirilmişdir.
10.02.21 09:22
Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi uşaq hüquqlarının qorunması istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Görülən işlərin davamı olaraq ilin əvvəlində təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2021-ci il üçün “İş Planı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən 2021-ci il 09 fevral tarixdə Ordubad Şəhər M.Füzuli adına tam orta İnternat Məktəbində monitorinq keçirilmişdir. Keçirilən monitorinq zamanı uşaqların dərslərə davamiyyəti, dərslərin vahid proqram əsasında dərs cədvəllərinə uyğun keçirilməsi, dərslərdən yayınan və təlim-tərbiyəyə ehtiyacı olan uşaqların aşkar olunması, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrin uşaqları ilə aparılan iş, məktəb binasındakı şərait və bu kimi digər sahələr yoxlanılmışdır. Həmçinin müəssisədə sanitar gigiyenik tələblərə əməl olunması, ümumiyyətlə uşaq hüquqlarının qorunması ilə bağlı əhatə olunan sahələr yoxlanılmış, yoxlama nəticələri aktlaşdırılmış və aktın surəti aid orqanlara göndərilmişdir.
Muxtar respublikanın müvafiq dövlət orqanları fəaliyyət istiqamətlərinə uyğun olaraq uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması ilə əlaqədar monitorinqləri bundan sonrada davam etdirəcəklər.
09.02.21 19:06
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr.html?start=1005#sigProId34c071e15e
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasından 97 il ötür. Naxçıvanın qədim və zəngin dövlətçilik tarixi vardır. 5-7 minillik şəhərsalma mədəniyyətinə malik olan Naxçıvanda yeddinci əsrdə müstəqil idarəçilik formalaşmış, onuncu əsrdə Naxçıvan Şahlığı feodal dövləti yaranmışdır. Naxçıvan şəhəri XII əsrdə Azərbaycan Atabəylər dövlətinin paytaxtı olmuş, bu torpaqda XVIII əsrdə Naxçıvan xanlığı, 1918-ci ildə Araz-Türk Respublikası fəaliyyət göstərmişdir. Naxçıvana muxtariyyət statusunun verilməsi isə çoxəsrlik dövlətçilik tariximizdə mühüm mərhələ təşkil edir. 1920-ci ildə Azərbaycanın Zəngəzur mahalı Ermənistana verildikdən sonra ölkənin əsas ərazisindən təcrid olunan Naxçıvanın muxtariyyət məsələsi zərurətə çevrilmişdi. Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, qardaş Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən beynəlxalq Moskva və Qars müqavilələri imzalanmışdır. Bu müqavilələrin imzalanmasından 3 il sonra - 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradılmışdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir”.
08.02.21 19:34
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr.html?start=1005#sigProId9a18396cd7
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.
Məlumat verilib ki, ümumi sahəsi 3600 kvadratmetr olan ərazidə inşa edilən 3 mərtəbədən ibarət qərargah binasında növbətçi, silah, əməliyyat, tibbi, tədris və digər xidməti otaqlar, yeməkxana, qazanxana vardır. Binanın həyətində xüsusi təyinatlılar üçün təlim meydanı hazırlanmışdır.
Hərbi hissənin ərazisində Türkiyə-Naxçıvan Dostluq Parkı yaradılmışdır. Ümumi sahəsi 17 min kvadratmetr olan istirahət parkı salınmışdır. Parkda 75 müxtəlifölçülü oturacaqlar və 38 müxtəlif heykəl quraşdırılmış, müxtəlif dekorativ ağac və güllər əkilmişdir. Parkda ümumi sahəsi 114 kvadratmetr olan fəvvarə tikilmiş, bayrağı özündə əks etdirən 9 metr hündürlüyündə alov maketi hazırlanmışdır.
Sonra xatirə şəkli çəkdirilmişdir.
Ali Məclisin Sədri demişdir: Türkiyə Respublikası həmişə Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın yanında olmuşdur. Qazanılan uğurlarda Türkiyə Silahlı Qüvvələrinin də böyük rolu vardır. Buna görə də Türkiyə dövlətinə və Silahlı Qüvvələrinə ehtiram və hörmətimizi bildiririk. Bu park ikinci Qarabağ müharibəsində Türkiyə-Azərbaycan birliyinə xatirə olaraq yaradılıb və buraya Türkiyə-Naxçıvan Dostluq Parkı adı verilib. Bu da gələcək nəsillər üçün nümunə olacaqdır.
Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordunun təlimlərdə iştirak etməsinə şərait yaratdığına görə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitlərinə, ordunun hazırlığı və tapşırıqların düzgün icrasına görə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanlığına, eləcə də şəxsi heyətə təşəkkürünü bildirmişdir.
08.02.21 19:30
Fevralın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vətən müharibəsi iştirakçıları ilə görüşüb, yeni yaradılan hərbi hissələrə döyüş bayraqlarını təqdim edib.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov şəxsi heyəti salamlayıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hərbi hissələrə döyüş bayraqlarının verilməsi ilə bağlı təqdimatlarını oxuyub.
Ali Məclisin Sədri yeni yaradılmış hərbi hissələrə döyüş bayraqlarını təqdim edib.
Səhifə 202 > 402-dən