Xəbərlər

Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

ÇapE-poçt

08.02.21 12:15

 

2021-ci ildə mühüm tarixi-siyasi əhəmiyyətə malik olan Qars müqaviləsinin imzalanmasının 100 illiyi tamam olur.
1921-ci il oktyabrın 13-də Azərbaycan, Ermənistan və Gürcüstan sovet sosialist respublikaları ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunvericilik orqanlarında təsdiq edilmiş və həmin ilin sentyabrın 11-dən qüvvəyə minmişdir. Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, o cümlədən görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin prinsipial mövqeyi, Türkiyə dövlətinin məsələyə ədalətli yanaşması nəticəsində bu müqavilə Naxçıvanın ərazisi və bu ərazinin beynəlxalq müqavilə ilə qorunan toxunulmazlıq hüququnu təsbit etmişdir. 20 maddə və 3 əlavədən ibarət olmaqla müddətsiz imzalanan müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın statusu ilə bağlıdır. Həmin maddəyə əsasən tərəflər Naxçıvanın muxtar respublika kimi Azərbaycanın tərkibində qalması məsələsində razılığa gəlmişlər.
Tarixi proseslərin sonrakı inkişafının nəticəsi olaraq Naxçıvan 1921-ci ilin martında Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü ilin iyununda Naxçıvan diyarı, 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-də isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.
Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyət statusunun qorunub saxlanılmasında Qars müqaviləsinin əhəmiy­yətini daim yüksək qiymətləndirərək demişdir: “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir”.
Qars müqaviləsinin imzalanması və Naxçıvanın muxtariyyət statusunun təsbit olunması dövlətçilik tariximizdə mühüm mərhələdir. Bu tarixin öyrənilməsi və gələcək nəsillərə çatdırılması isə bütün dövrlər üçün aktual və vacibdir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Qars müqaviləsinin 100 illiyi Naxçıvan Muxtar Respublikasında qeyd edilsin.
2. “Qars müqaviləsinin 100 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.

 

 

 

Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

ÇapE-poçt

08.02.21 12:06

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətlərinə görə:
Əliyeva Səbahət Əli qızı
Nəcəfova Tərlan Məhəmməd qızı
Zeynalova İradə İsmayıl qızı − “Əməkdar müəllim” fəxri adı ilə;
Tarverdiyev Məhərrəm Novruz oğlu – “Əməkdar həkim” fəxri adı ilə;
Novruzov Elxan Yunis oğlu – “Əməkdar dövlət qulluqçusu” fəxri adı ilə;
Xıdırov Əhliman Mehman oğlu – “Əməkdar hüquqşünas” fəxri adı ilə;
Rzayeva Xoşqədəm Hüseyn qızı – “Əməkdar tibb işçisi” fəxri adı ilə;
Hüseynova Mehparə Səfər qızı – “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı ilə;
Mehdiyev Samir Əyyub oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

 

 

 
 

2021-ci il üçün elm və mədəniyyət sahələrində Naxçıvan Muxtar Respublika mükafatlarının verilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

ÇapE-poçt

08.02.21 11:22

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddə­sinin II his­sə­sinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2021-ci il üçün elm və mədəniyyət sahələri üzrə Naxçıvan Muxtar Respublika mükafatları aşağıdakı şəxslərə verilsin:
Elm sahəsi üzrə:
Məmmədova Mətanət Elmixan qızı – “Naxçıvan blokadası­” ikicildliyi kitabına görə
Mədəniyyət sahəsi üzrə:
Alıyev Nizami İsgəndər oğlu – “Gəmiqaya qayaüstü rəsmləri” kitabına görə
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

 
 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 15 illik fəaliyyətinə həsr edilmiş onlayn konfrans keçirilib

ÇapE-poçt

06.02.21 12:53

Konfransdan əvvəl Komitə nümayəndələri Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər. Əvvəlcə Fəxri Xiyabanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin məzarı ziyarət edilərək, xatirəsinə dərin ehtiram ifadə olunub. Şəhidlər xiyabanında Azəbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlər dərin hüznlə yad edilib.

Komitə sədri Bahar Muradova salamlama nitqi ilə çıxış edərək, ötən 15  il ərzində ailə, qadın və uşaq siyasəti istiqamətində görülən işlər və həyata keçirilən tədbirləri diqqətə çatdırıb. O bildirib ki, 15  il bundan əvvəl Qadın Problemləri üzrə Dövlət Komitəsinin əsasında Prezidentin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yarandı və bu illər ərzində Komitə üzərinə qoyulmuş səlahiyyətlər çərçivəsində ailə, qadın, uşaq və gender məsələlərinə dair siyasətin formalaşması və həyata keçirilməsi, siyasətin ayrı-ayrı istiqamətləri üzrə cavabdeh olan qurumlar arasında işin əlaqələndirilməsini həyata keçirmişdir.

Bu müddət ərzində nəzərdə tutulan proqramlar, imzalanan sərəncamlar, Komitənin özünün iştirakı ilə hazırlanmış fəaliyyət planları üzrə işlər görülmüş, qanunvericiliyin təkmilləşdirilməsi və müasir standartlara uyğunlaşdırılması, o cümlədən qanunun nəzərdə tutduğu müddəaların həyata keçirilməsi üçün müvafiq mexanizmlərin işlənməsi sahəsində nəzərdə tutulan fəaliyyət həyata keçirilmiş, uğur və nailiyyətlər qazanılmış, Azərbaycanda insan hüquqlarının, qadın və uşaqların hüquqlarının qorunması işinə töhfələr verilmişdir.

Çıxışına davam edən Bahar Muradova bildirib ki, Komitənin ətrafında öz imkanlarını, resurslarını, vaxtını bu işə həsr edən könüllülərdən ibarət bir şəbəkə formalaşmışdır. Ailə könüllüləri təşkilatı da bu sıraya qoşularaq səmərəli fəaliyyət göstərir. Azərbaycan ailə modelinin həm milli-mənəvi dəyərlər üzərində qurulması, həm də müasirliyə açıq və inkişafa meyilli olmasını təmin etmək üçün biz hələ çox işlər görməli, uşaqlarımıza qayğı göstərməli, onları hər bir təhlükədən və qlobal dəyişikliklərin təhdidlərindən qorumalı, sağlam, vətənpərvər, bilikli, hərtərəfli inkişaf etmiş gənclik yetişdirməliyik.

Daha sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək  Dövlət Komitəsinin 15-ci ildönümü münasibətilə təbrik edib, gələcək fəaliyyətdə uğurlar arzu edib.

O, ötən əsrin 70-80-ci illərindən başlayaraq Ümummilli Liderin rəhbərliyi ilə ölkəmizdə ailə, qadın və uşaqlarla bağlı həyata keçirdiyi ardıcıl tədbirlərin müstəqillik illərində yeni səciyyə aldığını, bu sahədə daha konkret işlərin görüldüyünü və nəticə olaraq Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığını qeyd edib. R.Seyidova sonrakı illərdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ailə, qadın və uşaqlarla bağlı dövlət siyasətinin əsas mahiyyətini saxlamaqla müasir çağırışlara uyğun yeni mərhələsinə qədəm qoyduğunu  diqqətə çatdırıb.

15 il ərzində Komitənin qarşıya qoyulan vəzifələri, xüsusən də ailə dəyərlərimizin yaşadılması, qadın və uşaq hüquqlarının qorunması sahəsində çoxşaxəli fəaliyyət göstərdiyini vurğulayan R.Seyidova ötən dövrdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu və bu əməkdaşlığın gələcəkdə də vahid sistemdə davam etdiriləcəyinə inamını ifadə edib.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncamı diqqətə çatdırılıb.

Milli Məclisin sədri Sahibə Qafarova və Parlamentdə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın Komitənin xatirə medalı ilə təltif edildiyi açıqlanıb.

Komitənin 15 illik fəaliyyəti müddətində səmərəli əmək fəaliyyəti ilə fərqlənən əməkdaşlara fəxri fərman və təşəkkürnamələr təqdim edilib. Eyni zamanda beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin Dövlət Komitəsi ilə əməkdaşlığı  təşəkkürnamələrlə qiymətləndirilib.

Prezident tərəfindən təltif olunan Komitənin Ailə problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva çıxış edərək ölkə başçısına əməkdaşların fəaliyyətini dəyərləndirdiyinə görə təşəkkürünü bildirib və üzərilərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirmək və ölkəmizdə gedən quruculuq prosesinə töhfələr verərək fəaliyyətlərini davam etdiriklərini qeyd edib.

 

Ardını oxu...

 
 

Ordubad Cümə məscidi bərpa olunur

ÇapE-poçt

05.02.21 20:19

Muxtar respublikada dini-mədəni dəyərlərimizə qayğı ilə yanaşılır, ziyarətgahlar və qədim məscidlər bərpa olunur. Ordubad şəhərindəki qədim Cümə məscidində də bərpa işləri aparılır.

Fevralın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhərindəki qədim Cümə məscidinin bərpası ilə maraqlanıb.

Məlumat verilib ki, məscidin memarlıq görkəmi XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə əks etdirir. Bərpa zamanı milli memarlıq elementlərindən istifadə olunur.

Ali Məclisin Sədri məsciddə bərpa işlərinin mart ayından etibarən davam etdirilməsi barədə tapşırıq verib.

 
 

Səhifə 203 > 402-dən

Joomla 1.5