22.12.20 14:45
http://destekfondu.nmr.az domenində fəaliyyət göstərən sayta daxil olmaqla ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək vermək mümkündür.
21.12.20 16:32
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
İsmayıl Cavanşir oğlu Qəribli “Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsin sədri təyin edilsin.
21.12.20 15:10
18.12.20 18:09
Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi uşaq hüquqlarının qorunması istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Görülən işlərin davamı olaraq ilin əvvəlində təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2020-ci il üçün iş planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən 2020-ci il 18 dekabr tarixdə Kəngərli rayon Qarabağlar kənd 2 № li tam orta məktəbdə monitorinq keçirilmişdir. Keçirilən monitorinq zamanı uşaqların dərslərə davamiyyəti, dərslərin vahid proqram əsasında dərs cədvəllərinə uyğun keçirilməsi, dərslərdən yayınan və təlim-tərbiyəyə ehtiyacı olan uşaqların aşkar olunması, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrin uşaqları ilə aparılan iş, məktəb binasındakı şərait və bu kimi digər sahələr yoxlanılmışdır. Həmçinin müəssisədə sanitar gigiyenik tələblərə əməl olunması, ümumiyyətlə uşaq hüquqlarının qorunması ilə bağlı əhatə olunan sahələr yoxlanılmış, yoxlama nəticələri aktlaşdırılmış və aktın surəti aid orqanlara göndərilmişdir.
Muxtar respublikanın müvafiq dövlət orqanları fəaliyyət istiqamətlərinə uyğun olaraq uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması ilə əlaqədar monitorinqləri bundan sonrada davam etdirəcəklər.
18.12.20 16:16
Bu gün Azərbaycan Mkromaliyyə Assosiasiyası (AMFA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMİRRA) layihəsi çərçivəsində həyata keçirilən Virtual Sahibkarlar Yarmarkasının açılış tədbiri keçirilmişdir. Tədbiri Azərbaycan Mikromaliyyə Assosiasiyasının İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva giriş sözü ilə açaraq tədbirin əhəmiyyətindən danışmışdır. Azərbaycan Mikromaliyyə Assosiasiyasının idarə heyətinin sədri Cəlal Əliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Prezidenti Məmməd Musayev, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək layihə
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr.html?start=1065#sigProIdf7f15c58cd
Səhifə 214 > 402-dən