Xəbərlər

Ali Məclisin Sədri Fərman imzaladı

ÇapE-poçt

14.12.20 12:50

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlar nəticəsində yaralanan şəxslərin vəşəhid ailələrinin sosial müdafiəsi sahəsində muxtar respublikada həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsində vətəndaş cəmiyyəti təşəbbüslərinin və  bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu(bundan sonra – Fond) yaradılsın.

2. “Fondun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” təsdiq edilsin.

3. Müəyyən edilsin ki:

3.1. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanmış hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailələrinin sosial müdafiəsi sahəsində muxtar respublikada həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi məqsədilə yaradılır;

3.2. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır;

3.3. Fondun vəsaitinin sərəncamçısı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir (bundan sonra –Nazirlik).

4. Nazirlik:

4.1. bu Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş şəxslərin müraciətlərinin qəbulunu və onlara baxılmasını, həmin şəxslərə Fond vasitəsilə göstərilən dəstək tədbirlərinin onların sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərlə uzlaşdırılmasını təmin etsin;

4.2. fiziki və hüquqi şəxslərin Fonda könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımların bank və ya poçt vasitəsilə, eləcə də elektron qaydada qəbulunu təşkil etsin;

4.3. Fondun vəsaitlərinin idarə edilməsini və əlavə dəstək tədbirlərinin həyata keçirilməsini təmin edən informasiya sistemini formalaşdırsın;

4.4. Fondun vəsaitlərinin idarə olunması ilə bağlı elektron hesabatlılığı, habelə daxil olan və xərclənən vəsaitin məbləği və istiqamətləri ilə bağlı məlumatların Fondun rəsmi internet səhifəsində yerləşdirilməsini və daim yenilənməsini təmin etsin;

4.5. Fond vasitəsilə həyata keçirilən tədbirlərə könüllüləri cəlb etsin;

4.6. Fondun vəsaitinin idarə edilməsinə dair yarımillik vəillik hesabatları, habelə digər zəruri məlumatları aidiyyəti üzrə təqdim etsin.

5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin".

 

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib

ÇapE-poçt

12.12.20 15:21

Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət, şirkət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin, hərbi hissələrin nümayəndələri də ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər.

Ardını oxu...

 
 

Muxtar respublikada uşaq hüquqları qorunur

ÇapE-poçt

12.12.20 11:55

Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi uşaq hüquqlarının qorunması istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Görülən işlərin davamı olaraq ilin əvvəlində təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2020-ci il üçün iş planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən 2020-ci il 11 dekabr tarixdə Şərur Şəhər Uşaq Bağçasında monitorinq keçirilmişdir. Keçirilən monitorinq zamanı təlim-tərbiyəyə cəlb olunan uşaqların məşğələlərdə iştirakı və tərbiyyəçilərin vahid proqram əsasında məşğələləri aparma prosesi, təsdiq olunmuş gün rejiminə, yemək qrafikinə əməl olunması, müəssisənin binasının infrastrukturu və bu kimi digər sahələr yoxlanılmışdır. Həmçinin müəssisədə sanitar gigiyenik tələblərə əməl olunması, ümumiyyətlə uşaqların hüquqlarının qorunması ilə bağlı əhatə olunan sahələr yoxlanılmış, yoxlama nəticələri aktlaşdırılmış və aktın surəti aid orqana göndərilmişdir.

Muxtar respublikanın müvafiq dövlət orqanları fəaliyyət istiqamətlərinə uyğun olaraq uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması ilə əlaqədar monitorinqləri bundan sonrada davam etdirəcəklər.

 
 

Ailə, qadın və uşaq hüquqları qorunur

ÇapE-poçt

10.12.20 11:34

Muxtar Respublikada ailə, qadın və uşaq hüquqlarının qorunması, müvafiq sahə ilə bağlı təbliğat işinin aparılması noyabr ayında da diqqətdə saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti” Qaydasına uyğun olaraq Naxçıvan şəhər 12 saylı tam orta məktəbdə monitorinq keçirilmiş, aşkarlanan nöqsanlar aktlaşdırılmış, tədbir görülməsi üçün aid orqanlara məktub göndərilmişdir.

Noyabr ayı ərzində elektron məlumat bankına 365 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir. Aztəminatlı ailələrin hüquqlarının qorunması, sosial problemlərinin öyrənilməsi və həll edilməsi diqqətdə saxlanılmışdır. Belə ki, aztəminatlı və şəhid ailələrindən olan 86 uşağa mövsümlə əlaqədar qış geyimi verilmişdir.

Kütləvi informasiya vasitələrində ailə, qadın və uşaqlarla bağlı təbliğat işi aparılmış, komitənin internet resurslarında 168 material yerləşdirilmişdir.

Komitəyə vətəndaşlar tərəfindən ailə, qadın və uşaq hüquqlarının qorunması ilə bağlı 22 şifah müraciət daxil olmuş, müraciətlərə qanunamüvafiq qaydada baxılmışdır.

 
 

Muxtar respublikada uşaq hüquqları qorunur

ÇapE-poçt

10.12.20 10:14

Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi uşaq hüquqlarının qorunması istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Görülən işlərin davamı olaraq ilin əvvəlində təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2020-ci il üçün  iş planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən 2020-ci il 09 dekabr tarixdə Şahbuz şəhər 1 № li tam orta məktəbdə monitorinq keçirilmişdir. Keçirilən monitorinq zamanı uşaqların dərslərə davamiyyəti, dərslərin vahid proqram əsasında dərs cədvəllərinə uyğun keçirilməsi, dərslərdən yayınan və təlim-tərbiyəyə ehtiyacı olan uşaqların aşkar olunması, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrin uşaqları ilə aparılan iş, məktəb binasındakı şərait və bu kimi digər sahələr yoxlanılmışdır. Həmçinin müəssisədə sanitar gigiyenik tələblərə əməl olunması, ümumiyyətlə uşaq hüquqlarının qorunması ilə bağlı əhatə olunan sahələr yoxlanılmış, yoxlama nəticələri aktlaşdırılmış və aktın surəti aid orqanlara göndərilmişdir.

Muxtar respublikanın müvafiq dövlət orqanları fəaliyyət istiqamətlərinə uyğun olaraq uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması ilə əlaqədar monitorinqləri bundan sonrada davam etdirəcəklər.

 
 

Səhifə 216 > 402-dən

Joomla 1.5