Xəbərlər

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

ÇapE-poçt

10.12.20 09:51

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir. Onlar arasında Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da vardır.

Əliyev Anar Vaqif oğluna – polkovnik-leytenant (ölümündən sonra)

Şirinov Elnur Ramiz oğluna – mayor

Babayev Nihad Akif oğluna – kapitan (ölümündən sonra)

Şıxnəbiyev Renat Güləmməd oğluna – kapitan

“Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

ÇapE-poçt

10.12.20 09:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilmişlər. Təltif olunanlar arasında Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da vardır.

Dadaşov Haxverdi Xudaverdi oğlu –polkovnik

“Zəfər” ordeni ilə,

Aslanov Rəşad Əmirbəy oğlu – polkovnik-leytenant

“Qarabağ” ordeni ilə təltif edilmişdir.

 
 

Kəngərli rayonunda telekommunikasiya sistemi və Rabitə Evi istifadəyə verilib

ÇapE-poçt

08.12.20 19:34

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının prioritet sahə olduğunu bildirərək deyib: “Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Mən çox şadam ki, biz bu istiqamətdə bütün işləri planlı, məqsədyönlü şəkildə aparırıq”.

Ardını oxu...

 
 

S.A.Sadıxovun “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin direktoru təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

ÇapE-poçt

08.12.20 17:36

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Samiq Asəf oğlu Sadıxov “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin direktoru təyin edilsin.

 
 

Tarixi ədaləti bərpa edənlər əbədi yaşayacaqlar

ÇapE-poçt

07.12.20 18:46

Vətən müharibəsində xalqımızın qazandığı şanlı qələbə ulu öndərin yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. 30 il işğal altında olan torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası müstəqilliyimizin əbədi olduğunu bir daha təsdiq etdi. Bu mənada Vətən müharibəsi Azərbaycan tarixinin şanlı zəfər salnaməsidir. Bu salnaməni xalqımızın igid və mərd oğulları qanları ilə yazdı, xalqımız yüzlərlə şəhid verdi. Nəsillərdən-nəsillərə örnək olacaq bu salnamə həm də gənclərə vətənpərvərlik, torpaq sevgisi, birlik, həmrəylik örnəyidir. Tarixi ədalətin bərpa olunmasında Naxçıvan oğulları da əsl qəhrəmanlıq göstərdilər.

Ardını oxu...

 
 

Səhifə 217 > 402-dən

Joomla 1.5