Xəbərlər

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

ÇapE-poçt

18.12.20 12:20

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əsasında publik hüquqi şəxs statuslu Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzipublik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilsin .

3.Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzipublik hüquqi şəxsin strukturu” təsdiq edilsin.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

Babək şəhərində bazar kompleksi istifadəyə verili

ÇapE-poçt

17.12.20 18:38

“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Babək rayonunda da uğurla icra olunur, kompleks-quruculuq tədbirləri həyata keçirilir. İstifadəyə verilən müasir sosial obyektlər əhaliyə göstərilən xidmətlərin səviyyəsini yüksəltməklə yanaşı, Babək rayonunu da müasir yaşayış məntəqəsinə çevirib, məskunlaşma artıb, rayon mərkəzi və kəndlər böyüyüb. Bu il Babək qəsəbəsinə şəhər, Nehrəm və Cəhri kəndlərinə isə qəsəbə statusu verilib. Rayonda sahibkarlıq subyektlərinin və ailə təsərrüfatlarının sayının artması istehsal olunan məhsulların  satışını da zərurətə çevirib, Babək şəhərində müasir bazar kompleksi tikilib.

 

Ardını oxu...

 
 

Muxtar respublikada uşaq hüquqları qorunur

ÇapE-poçt

16.12.20 10:43

Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi uşaq hüquqlarının qorunması istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Görülən işlərin davamı olaraq ilin əvvəlində təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2020-ci il üçün iş planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən 2020-ci il 15 dekabr tarixdə Ordubad Şəhər 3 saylı Uşaq Bağçasında monitorinq keçirilmişdir. Keçirilən monitorinq zamanı təlim-tərbiyəyə cəlb olunan uşaqların məşğələlərdə iştirakı və tərbiyyəçilərin vahid proqram əsasında məşğələləri aparma prosesi, təsdiq olunmuş gün rejiminə, yemək qrafikinə əməl olunması, müəssisənin binasının infrastrukturu və bu kimi digər sahələr yoxlanılmışdır. Həmçinin müəssisədə sanitar gigiyenik tələblərə əməl olunması, ümumiyyətlə uşaqların hüquqlarının qorunması ilə bağlı əhatə olunan sahələr yoxlanılmış, yoxlama nəticələri aktlaşdırılmış və aktın surəti aid orqana göndərilmişdir.

Muxtar respublikanın müvafiq dövlət orqanları fəaliyyət istiqamətlərinə uyğun olaraq uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması ilə əlaqədar monitorinqləri bundan sonrada davam etdirəcəklər.

 
 

Naxçıvan Vətən uğrunda canlarından keçən övladlarını ehtiramla qarşılad

ÇapE-poçt

14.12.20 19:26

44 gün davam edən Vətən müharibəsində Azərbaycan ordusu tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımız azad olundu. Naxçıvan Muxtar Respublikasından olan igid oğullarımız da döyüşlərdə qəhrəmancasına mübarizə apardılar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: "Naxçıvanlılar da ikinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər... Bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər".

Dekabrın 14-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri və şəhidlərin ailə üzvləri tədbirdə iştirak ediblər.

Şəhid olan hərbi qulluqçularımız Qədimov Güloğlan Nurəddin oğlunun və Vəliyev Vüsal İslam oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ali Məclisin Sədri şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb.

Sonra "Qurani-Kərim"dən ayələr oxunub, şəhid cənazələrinin önündən keçilib.

Şəhidlərin cənazələri doğulduqları qəsəbə və kəndə yola salınıb.

Ali Məclisin Sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verib.

 
 

Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

ÇapE-poçt

14.12.20 13:05

Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  Sərəncamı


"Muxtar respublikada innovasiyayönümlü iqtisadiyyata keçid, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan xidmət sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması və nəticələrinin sənayedə tətbiqi ali təhsil müəssisələrində müasir komplekslərin yaradılmasını zərurətə çevirir.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq elmlə istehsalat arasında qarşılıqlı əlaqənin qurulması, istehsalatın yeni elmi ideyalar əsasında inkişafı, elmi tədqiqatlara olan xərclərin səmərəliliyinin yüksəldilməsi məqsədilə qərara alıram:

1.Naxçıvan Dövlət Universitetində 2 hektar ərazini əhatə edən, müxtəlif elm sahələri üzrə təcrübə-konstruktor, elmi-tədqiqat və startap layihələrinin mühüm elmi nəticələrinin sənaye və xidmət sahələrində tətbiqini həyata keçirən sosial, mədəni, mühəndis-kommunikasiya təminatı olan obyektlər kompleksindən ibarət Texnologiyalar Parkı (Texnopark) yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi Texnologiyalar Parkının texniki xüsusiyyətlərinə aid tələbləri nəzərə almaqla mühəndis-kommunikasiya təchizatını təmin etsin.

3. Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Naxçıvan Dövlət Universitetinin təklifləri əsasında Texnologiyalar Parkının layihəsini hazırlayıb təqdim etsin.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin"

 
 

Səhifə 215 > 402-dən

Joomla 1.5