Xəbərlər

Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

ÇapE-poçt

02.12.20 14:24

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

 

İcbari tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

ÇapE-poçt

02.12.20 09:19

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissənin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs statuslu Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə çevrilsin.
2. “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilsin.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".
 
 

Vətən, millət yolunda canından keçənlər unudulmur

ÇapE-poçt

30.11.20 19:20

Ümummilli liderimiz Heydər Əliyev demişdir: "Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti - dövlət müstəqilliyimizi biz daim qoruyub saxlayacağıq". Azərbaycan xalqının ölkə başçısı cənab İlham Əliyevin və ordumuzun ətrafında sıx birləşərək ərazi bütövlüyümüz uğrunda mübarizəsi müstəqilliyimizin əbədi və sarsılmaz olduğunu bir daha təsdiq etdi. Vətən müharibəsində tarixi qələbənin qazanılmasında mərd oğullarımızın göstərdiyi şücaət müstəqilliyin xalqımız üçün ən qiymətli nailiyyət olduğunu dünyaya nümayiş etdirdi. Vətənpərvərliyin ən ali məqamına çatan Naxçıvan oğulları da döyüşlərdə əsl qəhrəmanlıq göstəriblər.

 

Ardını oxu...

 
 

Muxtar respublikada uşaq hüquqları qorunur

ÇapE-poçt

30.11.20 18:13

 

Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi uşaq hüquqlarının qorunması istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

 

Görülən işlərin davamı olaraq ilin əvvəlində təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2020-ci il üçün  iş planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən 2020-ci il 30 noyabr tarixdə Naxçıvan şəhər 12 № li tam orta məktəbdə monitorinq keçirilmişdir. Keçirilən monitorinq zamanı uşaqların dərslərə davamiyyəti, dərslərin vahid proqram əsasında dərs cədvəllərinə uyğun keçirilməsi, dərslərdən yayınan və təlim-tərbiyəyə ehtiyacı olan uşaqların aşkar olunması, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrin uşaqları ilə aparılan iş, məktəb binasındakı şərait və bu kimi digər sahələr yoxlanılmışdır. Həmçinin müəssisədə sanitar gigiyenik tələblərə əməl olunması, ümumiyyətlə uşaq hüquqlarının qorunması ilə bağlı əhatə olunan sahələr yoxlanılmış, yoxlama nəticələri aktlaşdırılmış və aktın surəti aid orqanlara göndərilmişdir.

Muxtar respublikanın müvafiq dövlət orqanları fəaliyyət istiqamətlərinə uyğun olaraq uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması ilə əlaqədar monitorinqləri bundan sonrada davam etdirəcəklər.

 
 

Yeni torpaqlar əkin dövriyyəsinə qatılır

ÇapE-poçt

28.11.20 18:15

Əkinçiliyin inkişafı sahəsində həyata keçirilən tədbirlər sırasında müasir yeni irriqasiya sistemlərinin qurulması mühüm əhəmiyyət daşıyır. Hər il muxtar respublikada bu istiqamətdə silsilə tədbirlər görülür, mütərəqqi suvarma şəbəkələri tikilir, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Su təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafı ilə yanaşı, torpaq ehtiyatlarının qorunmasına da şərait yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair" Tədbirlər Planına uyğun olaraq bu sahədə işlər davam etdirilir, yeni nasos stansiyaları tikilir.

 

Ardını oxu...

 
 

Səhifə 219 > 402-dən

Joomla 1.5