21.07.20 16:06
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr.html?start=1190#sigProId30b130ec1c
Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilmişdir.
1. 2020-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Cari məsələ
Sessiyada gündəlikdə duran birinci məsələ ilə bağlı çıxışlar olmuşdur.
Naxçıvan Muxtar Respublikası Baş Nazirinin birinci müavini Elşad Əliyev demişdir ki, aqrar sahədə həyata keçirilən kompleks tədbirlər kənd təsərrüfatının davamlı və dinamik inkişafını təmin etmiş, “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti istifadəyə verilmişdir. Ali Məclis Sədrinin 17 fevral 2020-ci il tarixli Sərəncamı ilə “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı” qəbul edilmiş, Babək Rayon Baytarlıq İdarəsi və laboratoriyaları üçün yeni bina tikilmiş, 23 süni mayalanma məntəqəsi lazımi avadanlıqlar, yedəkli motosikletlərlə təmin olunmuşdur. Yeni yaradılan Süni Mayalanma Mərkəzi baytarlıq məntəqələrini yüksək məhsuldarlığı olan törədici toxumla təmin edəcəkdir. Muxtar respublikada cari ilin məhsulu üçün 36 min 879 hektar sahədə taxıl əkini aparılmışdır. Artıq 35 min hektardan artıq sahədə biçin aparılmışdır. Bu il tədarük məntəqələri məhsul istehsalçılarından buğdanın hər kiloqramını 38, arpanın hər kiloqramını 35, qarğıdalının isə hər kiloqramını 40 qəpikdən qəbul edir. Hesabat dövründə kənd təsərrüfatının inkişafı ilə bağlı banklar və kredit təşkilatları tərəfindən 5 milyon 598 min 400 manat kredit verilmiş, məhsul istehsalçıları 9 min 8 ton mineral gübrə ilə təmin olunmuş, 177 yeni kənd təsərrüfatı texnikası alınmış, torpaq mülkiyyətçiləri tərəfindən 2 min ton kartof toxumu və tələb olunan miqdarda gübrə, dərman preparatları gömrük rüsumları ödənilmədən idxal olunmuşdur. Arıçılığın inkişafı da davam etdirilmiş, dövlət proqramının uğurlu icrası nəticəsində arı ailələrinin sayı 98 min 400-ə çatdırılmışdır. Yaz iməciliklərində muxtar respublika ərazisində 282 hektar sahədə yaşıllaşdırma, meşəsalma, meşəbərpa, toxumla əkin, 71 hektar sahədə isə bərpa əkini aparılmışdır. Hazırda muxtar respublikada 5 min 157 hektar meyvə bağları mövcuddur ki, bunun da 4 min 600 hektarı bar verən bağlardır. Tingçilik kompleksi və İqlim otağında ötən dövrdə 19 min 450 ədəd müxtəlif növ ağac, gül, bəzək bitkiləri yetişdirilmişdir. Torpaqların su təminatı da diqqətdə saxlanılmış, 1070 hektar sahədə qapalı suvarma şəbəkəsinin və 400 hektarı suvarma suyu ilə təmin edəcək yeni nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi davam etdirilmişdir. 2020-ci ilin ötən dövründə muxtar respublikada diri çəkidə 12 min 669 ton ət, 50 min 225 ton süd, 859 tondan artıq yun, 55 milyon 296 min ədəd yumurta istehsal edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,5, süd istehsalı 1,6, yun istehsalı 1,3, yumurta istehsalı isə 2,3 faiz artmışdır. 2020-ci ilin ötən dövründə kənd təsərrüfatının ümumi məhsulu 139 milyon 887 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur. Kənd təsərrüfatının dinamik inkişafı ixracın həcminə də müsbət təsir göstərmiş, nəticədə bu ilin 6 ayında muxtar respublika üzrə 40 milyon 629 min 800 Amerika Birləşmiş Ştatları dolları dəyərində kənd təsərrüfatı məhsulları ixrac olunmuşdur.
17.07.20 20:55
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasının çağırılması haqqında Qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 17-də imzalayıb.
Qərarda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
I. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası 2020-ci il iyul ayının 21-də saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.
II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələ verilsin:
2020-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar”.
14.07.20 20:05
Adil Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasında Yazıçılar Birliyi ilə birgə şair Kamil Arazın “Göy Qurşağı” və “Qəzəllər” kitablarının təqdimatı keçirilib.
Tədbirdə kitabxananın direktoru Kəmaləddin Axundov bildirib ki, bu şairin oxucularla artıq üçüncü görüşüdür. Bundan əvvəl Kamil Arazın “Göydən üç alma düşdü” və “Xəzinə” kitablarının təqdimatı olub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvləri Kamil Arazı yeni kitabının təqdimatı münasibətilə təbrik ediblər.
14.07.20 19:00
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr.html?start=1190#sigProId81df714ea1
İyulun 14-də - ulu öndərin ölkəmizə rəhbər seçilməsinin 51-ci ildönümündə Azərbaycan Respublikasının medal və fəxri adlarının, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gənc istedadlara xüsusi aylıq təqaüdünün təqdimat mərasimi keçirilib.
Əvvəlcə Tovuz rayonu ərazisində işğalçı Ermənistanın təxribatı nəticəsində şəhid olan əsgər və zabitlərimizin əziz xatirəsi yad edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: 14 iyul Azərbaycan tarixində əlamətdar gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə ölkəmizdə hərtərəfli inkişafın əsası qoyulub. Həmin dövrdə Azərbaycan ittifaq respublikaları içərisində ən axırıncı yerdə olduğu halda, qısa müddət ərzində Sovetlər Birliyinin inkişaf etmiş respublikasına çevrilib.
09.07.20 15:53
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 9-da Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Sərəncam imzalayıb:
Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılsın və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:
Nəsirova İnci Emin qızı - Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi, təhsil sahəsi üzrə
Seyidov Vüsal Mirşahin oğlu - Babək rayon Vayxır kənd tam orta məktəbinin şagirdi, idman sahəsi üzrə".
Səhifə 239 > 402-dən