Xəbərlər

Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib

ÇapE-poçt

08.07.20 17:50

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlikdir, yenilikdir, enerji cəhətdən təmiz texnologiyadır. Bu, bizim gələcəyə baxışımızdır”.

Əlverişli coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Son illər yeni su və günəş elektrik stansiyalarının tikilməsi enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə vermişdir. Xüsusilə “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

İyulun 8-də Kəngərli rayonunda 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev məlumat verərək deyib ki, yeni Günəş Elektrik Stansiyasının qurulması üçün 9 avqust 2019-cu il tarixdə İsveçrənin “Pure Energy Development” SARL şirkəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti arasında müqavilə imzalanıb. Kənd təsərrüfatına yararsız 5 hektar ərazidə yerləşən stansiyada tikinti-quraşdırma işləri qısa müddətdə və yüksək keyfiyyətlə aparılıb, hər birinin gücü 320 vatt olan 9416 “PERC” tipli müasir “şüşə-şüşə” formalı günəş panelləri, hər birinin gücü 50 kilovat olan 61 invertor, müasir tip kommutasiya aparatları və digər elektrik avadanlıqları ilə təmin olunub 3 ədəd 35/0,4 kilovoltluq transformator yarımstansiyası, 1 ədəd 35 kilovoltluq qapalı paylayıcı yarımstansiya quraşdırılıb. Stansiyada alçaq və yüksək gərginlikli kabel xətləri, eləcə də rabitə, müşahidə və idarəetmə sistemi üçün optik kabel xətləri çəkilib, ərazi çəpərlənib, ən müasir siqnalizasiya və video-müşahidə qurğuları ilə təmin olunub. Müasir avadanlıqlarla təchiz olunan stansiyada elektrik enerjisi istehlakçılara itkisiz çatdırılacaqdır.

Ardını oxu...

 

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

ÇapE-poçt

02.07.20 20:21

Muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindəndir.

İyulun 2-də Şərur Rayon Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq və Turizm-Diyarşünaslıq mərkəzlərində, eləcə də Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə yaradılmış innovativ dərnəklərin təqdimatı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dərnəklərin fəaliyyəti ilə maraqlanıb.

Məlumat verilib ki, hazırda Şərur rayonunda 5 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Ali Məclis Sədrinin tapşırığına əsasən Şərur rayonunun Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq və Turizm-Diyarşünaslıq mərkəzləri üçün Şərur Texniki Peşə və Sürücülük Məktəbində zəruri şərait yaradılıb, 210 yerlik 15 sinif otağı, mərkəzlərin işçiləri üçün isə 2 otaq ayrılıb. Hazırda mərkəzlərdə 48 dərnək fəaliyyət göstərir.

Bu il Şərur Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində rəqs, rəsm, xalçaçılıq, bijuteriya, ebru sənəti, toxuculuq, ingilis dili, Texniki Yaradıcılıq Mərkəzində robotexnika, mental-aritmetik, ağac üzərində oyma, ağac üzərində yandırma, bədii tikmə, qum sənəti, metal üzərində bədii döymə, Turizm-Diyarşünaslıq Mərkəzində isə heykəltəraşlıq və dulusçuluq olmaqla, ümumilikdə 16 innovativ dərnək yaradılıb. Dərnəklər üçün 4 elektron lövhə, 14 kompüter quraşdırılıb, 10 robot dəsti, 5 hana və toxuma alətləri, ebru vannaları, boya və xüsusi kağızlar, mis lövhələr, 10 elektriklə yandırma aləti, elektrikli dəzgah, 7 elektrikli qum stolu, 20 dəst rəqs geyimi, 15 molbert, 12 heykəltəraşlıq və dulusçuluq dəzgahı, eləcə də lazım olan digər ləvazimatlar, xammal və mebellər alınıb.

Ardını oxu...

 
 

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binasının açılışı olub

ÇapE-poçt

02.07.20 20:15

İyulun 2-də “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Azər Məmmədov çıxış edərək deyib ki, muxtar respublika iqtisadiyyatı və onun tərkib hissəsi olan bank sektoru günü-gündən inkişaf edir. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni inzibati binasının istifadəyə verilməsi bunu bir daha təsdiq edir. Şərur filialının kredit portfeli 10 milyon 430 min manatdır. Kreditlərin fəaliyyət sahəsi üzrə bölgüsündə kənd təsərrüfatı üzrə 4 milyon 54 min manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə 1 milyon 598 min manat, ipoteka kreditləri 235 min manat və digər sahələr üzrə verilmiş kreditlərdir. Azər Məmmədov göstərilən yüksək diqqət və qayğıya görə kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib, bundan sonra da əhaliyə keyfiyyətli bank xidmətləri göstərəcəklərinə söz verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binasının istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki bank hər bir bölgənin inkişaf göstəricisidir. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti 2008-ci ildən, Şərur rayon filialı isə 2014-cü ildən fəaliyyət göstərir. Filial hüquqi və fiziki şəxslər, eləcə də fərdi sahibkarlar daxil olmaqla 6 mindən artıq aktiv bank hesabına malikdir. Eyni zamanda filial 5 bankomat, 8 ödəniş terminalı və 80-ə yaxın POS-terminal vasitəsilə əhaliyə xidmət göstərir. Ötən dövrdə verilən kredit portfelinin həcmi və mövcud infrastruktur “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin formalaşdığını və inkişaf etdiyini göstərir.

Ardını oxu...

 
 

Şərur rayonu davamlı və kompleks inkişaf mərhələsindədir

ÇapE-poçt

02.07.20 20:02

Ulu öndərin yolunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün hər bir yaşayış məntəqəsində genişmiqyaslı quruculuq işləri aparılır, şəhər və rayon mərkəzləri müasir görkəm alır. İnkişafa qovuşan bölgələrdən biri də Şərur rayonudur. Qəbul olunan dövlət proqramlarının uğurlu icrası rayonda davamlı sosial-iqtisadi inkişafı təmin edib, Şərur şəhərində və kəndlərdə genişmiqyaslı quruculuq işləri aparılıb, yeni inzibati binalar və sosial obyektlər tikilib, rahat yollar çəkilib, əhalinin rifahı yaxşılaşıb.

İyulun 2-də Şərur şəhərində Təqaüdçülər Klubu və “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının binası istifadəyə verilib, yeni yaradılan innovativ dərnəklərin təqdimatı olub.

Şərur şəhərində Təqaüdçülər Klubu fəaliyyətə başlayıb

İyulun 2-də Şərur şəhərində Təqaüdçülər Klubu istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Ali Məclisin Sədri çıxış edərək deyib: Bu gün Şərur rayonunda 117 mindən artıq əhali yaşayır ki, onun da 10 min 800-ə yaxını, yəni 9,2 faizi əmək pensiyaçılarıdır. Naxçıvan Muxtar Respublikası  Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının Şərur Rayon Təşkilatının 522, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının Şərur Rayon Təşkilatının isə 131 üzvü vardır.

Ardını oxu...

 
 

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində səyyar müşavirə keçirilib

ÇapE-poçt

01.07.20 09:25

Qida təhlükəsizliyinin təmin olunmasında baytarlıq təbabətinin mühüm rolu vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada bu sahədə ardıcıl tədbirlərin görülməsinə, əhalinin keyfiyyətli ət və süd məhsullarına olan tələbatının ödənilməsinə hesablanmışdır. Hazırda muxtar respublikada baytarlıq təbabətinin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir, Dövlət Baytarlıq Xidmətinin maddi-texniki bazası gücləndirilir.

İyunun 30-da Dövlət Baytarlıq Xidmətində baytarlıq təbabəti sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə səyyar müşavirə keçirilmiş, yeni avtomobil və süni mayalanma dəstlərinin təqdimatı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Vəli Novruzov çıxış edərək deyib ki, ötən dövrdə Dövlət Baytarlıq Xidməti və onun müvafiq qurumları üçün yeni binalar inşa edilmiş, kəndlərdə baytarlıq məntəqələri və ət satışı mağazaları istifadəyə verilib. Yeni yaradılan Süni Mayalanma Mərkəzi muxtar respublikada fəaliyyət göstərən mövcud baytarlıq məntəqələrini yüksək məhsuldar törədici toxumla təmin edir ki, bu da heyvandarlıqda iqtisadi səmərəliliyin yüksəlməsinə və cins tərkibinin yaxşılaşmasına müsbət təsir göstərir. Süni mayalanma məntəqələrinin tələbatını ödəmək məqsədilə maye azot istehsal edən müəssisənin işə düşməsi nəticəsində idxal tam aradan qaldırılıb, yunun qəbuluna başlanması isə heyvandarlığın inkişafına stimul verib. Eyni zamanda Ali Məclis Sədrinin qayğısı ilə baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələrin təhsil haqlarından azad edilməsi və Dövlət Baytarlıq Xidmətində işlə təmin olunması ixtisaslı kadr hazırlığına mühüm töhfə verir. Muxtar respublikada biotəhlükəsizliyin qorunması, xüsusi təhlükəli xəstəliklərin qarşısının alınması məqsədilə təsdiq olunan “Epizootik Tədbirlər Planı”na uyğun olaraq Dövlət Baytarlıq Xidməti bu ilin sonunadək tələb olunan miqdarda vaksin və bioloji preparatlarla təchiz olunub. Mütəmadi olaraq mal-qara və quşlar arasında müxtəlif xəstəliklərə qarşı profilaktika məqsədilə peyvəndləmə, dezinfeksiya işləri aparılıb, epizotiya əleyhinə ardıcıl tədbirlər həyata keçirilib. Vəli Novruzov göstərilən hərtərəfli qayğıya görə kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Ardını oxu...

 
 

Səhifə 240 > 402-dən

Joomla 1.5